Togrul Muxtarov

Ən kasıb ölkədən tutmuş ən zəngin millətə qədər, istənilən cəmiyyətin irəli getməsi və inkişafı üçün açar- təhsildir. Təhsil şəxsiyyətin inkişafı üçün müthiş alətdir. Məhs təhsil sayəsində bir kəndlinin qızı həkim, şaxtyorun oğlu- şaxta direktoru və bir fəhlənin övladı isə böyük millətin prezidenti ola bilər.

Halikarnas Mavzoleyi

Bir şərh yazın

Halikarnas Mavzoleyi – dünyanın 7 möcüzəsindən biri

Halikarnas Mavzoleyi

5-ci möcüzə kiçik Asiyadakı qədim Kariya padşahlığının paytaxtı Halikarnasda, yəni Türkiyənin indiki Bodrum şəhərində yerləşirdi.

Bu, Kariya padşahı Mavsol üçün onun dul arvadı Artemisyanın istəyilə e. ə. IV əsrin ortalarında tikilən əzəmətli məqbərə idi. Üçyaruslu məqbərənin birinci yarusunu ağ mərmərdən relyef zolağı əhatə edirdi. İkinci yarus yaraşıqlı mərmər sütunlardan, üçüncüsü isə ehramşəkilli mərmər damdan ibarət idi. İçində Mavsol və Artemisyanın mərmər heykəlləri olan dördatli araba Halikarnasdakı bu möhtəşəm məqbərəni tamamlayırdı.[1]

Mavsolun adından “mavzoley” sözü yaranmışdır.

Mavsolun və Artemisiyanın heykəlləri, həmçinin məqbərənin digər bəzək şeyləri Londondakı Britaniya muzeyində saxlanılır.

Bu slaydşou üçün JavaScript lazımdır.

Müəllif: Mukhtarov

11/05/1991 Azerbaijan, Blogger

Bir şərh yazın