Togrul Muxtarov

Ən kasıb ölkədən tutmuş ən zəngin millətə qədər, istənilən cəmiyyətin irəli getməsi və inkişafı üçün açar- təhsildir. Təhsil şəxsiyyətin inkişafı üçün müthiş alətdir. Məhs təhsil sayəsində bir kəndlinin qızı həkim, şaxtyorun oğlu- şaxta direktoru və bir fəhlənin övladı isə böyük millətin prezidenti ola bilər.

Həyat dərsi-Ön yarğı

Bir şərh yazın

Ata və Oğul HekayəYaşlı kişi öz 25 yaşlı oğlu ilə qatarın vaqonuna daxil olub yerlərini tutdular. Oğlan pəncərə tərəfdə əyləşmişdi. Qatar tərpənən kimi o,hava axınını hiss etmək üçün əlini pəncərədə bayıra çıxardı və birdənheyrətlə qışqırdı:
-Ata, görürsənmi, bütün ağaclar geriyə gedir!
Yaşlı kişi cavabında gülümsədi. Cavan oğlanın yanında evli cütlük əyləşmişdi. Onlara 25 yaşlı oğlanın özünü uşaq kimi aparması təəccüblü gəlmişdi. Oğlan qəfildən yenə də heyranlıqla qışqırdı:
-Ata, gölə bax, heyvanlara bax! Buludlar bizimlə birgə hərəkət edir!
Cütlük oğlanın qəribə hərəkətlərini utanaraq müşahidə edirdi, atası isə oğlunun davranışında heç bir qəribəlik görmürdü. Yağış yağmağa başladı, damcılar oğlanın əllərinə düşdü. O, yenə də sevinclə gözlərini yumub qışqırdı:
-Ata, yağış yağır!Görürsənmi, ata?
Cütlük oğlana baxaraq lağ edir və öz aralarındabu oğlanın yaşına yanaşmayan şəkildə hərəkət etdiyini deyirdilər bir-birinə.Bir müddət keçdikdən sonra oğlana baxa-baxa gülməkdən özlərini saxlaya bilmirdilər. Bayaqdan oğlanın hərəkətlərini izləyən cütlük kişidən soruşdu:
-Siz niyə oğlunuzu hansısa bir klinikaya aparmırsınız?
Kişi cavab verdi:
-Biz elə klinikadan gəlirik. Bu gün mənim oğlumun ömründə ilk dəfə gözləri görməyə başlayıb. Bunu eşidən cütlükyolun davamında başlarını aşağı salıb sakitcə oturdular. Təbii ki əslində utanılacaq hərəkəti özlərinin etdiklərini anlayaraq…

Başqa insanların işləri və hərəkətləri haqqında tam məlumatı olmadan onları qınamaq olmaz.. Hər şeyi bilən Allahdır. Rumi

Müəllif: Mukhtarov

11/05/1991 Azerbaijan, Blogger

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma