Togrul Muxtarov

Ən kasıb ölkədən tutmuş ən zəngin millətə qədər, istənilən cəmiyyətin irəli getməsi və inkişafı üçün açar- təhsildir. Təhsil şəxsiyyətin inkişafı üçün müthiş alətdir. Məhs təhsil sayəsində bir kəndlinin qızı həkim, şaxtyorun oğlu- şaxta direktoru və bir fəhlənin övladı isə böyük millətin prezidenti ola bilər.

Biz yenidən doğulacağıq – Reinkarnasiya

Bir şərh yazın

Bloq yazılarım artıq bir çox dostlarıma tanışdı. Çalışdığım qədərilə maraqlı məlumatları tapıb sizlərə çatdırmaqdı. Mövzular çoxdu əsas olan mövzulardan birinə toxunmaq istərdim. Reinkarnasiya!196291_original

Reinkarnasiya latın sözü olub,mənası “yenidən dirilmə”, “ruhun bədənə təkrar qayıdışı” kimi mənaları bildirir.

Ənənəvi İslam bunun əleyhinədir. Hesab edilir ki, reinkarnasiya məsələsi məhşər gününə, insanların bir yerə toplaşıb Allah qarşısında əməllərə görə hesabat verməyə aid inanışa çox böyük zərbə vurur. Hind fəlsəfəsində deyilir ki, hər bir insan paklanmaya qədər ruhu təkrar-təkrar dünyaya qayıdır, arınma prosesini keçə-keçə, nəhayət tam paklanmış vəziyyətdə cənnətə doğru yönəlir. Yəni cənnət Allahın mütləq mənada lütfünün hakim kəsildiyi bir fəza sistemi, cəhənnəm isə yaşadığımız dünyadır. Adəmin cənnətdən qovulması və yer üzünə göndərilməsini də misal çəkirlər. Yəni, o əgər cənnətdən qovularaq yer üzündə yaşamağa məhkum olunubsa, deməli, yer üzündəki həyatın özü cəhənnəm timsallı bir ömür möhlətidir.

Bir çox Məhşurların şəkillərini Sizlərə təqdim edirəm. Baxın daha sonra məqaləni sona kimi oxuyun.

Bu slaydşou üçün JavaScript lazımdır.

Reinkarnasiya nədir?

Qarışıq ruh halına, yanlış dünyagörüşünə yönəldən və Quranda inkar edilən reinkarnasiya azğınlığının əsl üzü necə kamuflyaj edilir?

Tamamilə xəyali fikirlərə əsaslanan bu inanc niyə gənclərə silsilə yazılar, məqalələr və dünya səviyyəsində məşhur olan sənətkarlar vasitəsilə yeridilməyə çalışılır?

Bəzi insanlar ölüm və axirət qorxularını aşmaq, özlərini bu həqiqətlərdən uzaq tutmağa çalışaraq təsəlli vermək üçün reinkarnasiya kimi batil inancları qəbul etmək istəsələr də, niyə bu inanclar onlara rahatlıq gətirmir?

 

Bəzi insanlar dünyadakı xaosdan, qarışıqlıqdan, müharibələrdən, çətinliklərdən, səmimiyyətsizliklərdən uzaqlaşmağın və sülh şəraitində yaşamağın yollarını axtarırlar. Lakin bu axtarış zamanı bəzi yanlış inanclara da yönəlirlər. Bu yanlış inanclardan biri də karma fəlsəfəsinə əsaslanan reinkarnasiyadır.

Reinkarnasiya inancının yanlışlığına İmam Rəbbani də diqqət çəkmişdir

Böyük İslam alimi İmam Rəbbani reinkarnasiya inancının yanlışlığını bu şəkildə bildirmişdir:

“Qəlbləri xəstə, məlumatları az olan bəzi şəxslər, hətta özlərini şeyx kimi tanıdan bəzi dinsizlər tənasühə (reinkarnasiyaya) inanır. “Ruhlar kamilləşmədən əvvəl bir bədəndən ayrıldığı zaman başqa bir bədənə keçir. Kamilləşdikdən sonra insanlara qayıtmırlar, tənasüh yolu ilə yetkinləşirlər”, – deyir, tənasühlə bağlı bir çox hekayələr uydururlar… Tənasühlə ruhlar kamilləşirsə, Cəhənnəm kimlər üçündür, kimlər əzab çəkir? Buna inanmaq Cəhənnəmi inkar etmək və hətta öldükdən sonra yenidən dirilməyə inanmamaqdır”.

 Karma inancı nədir?

Karma inancı hinduizm, buddizm və çaynizm kimi batil şərq fəlsəfələrində əhəmiyyətli yer tutur. Sanskrit dilinə mənsub olan karma sözü “hərəkət” mənasını verir. Hind fəlsəfələrində karma anlayışı səbəb-nəticə qanunu kimi tanınır. Buna görə də karmaya inanan insan öldükdən sonra başlayan yeni həyatındakı müvəffəqiyyətlərinin, ictimai mövqeyinin və ya həyat tərzinin əvvəlki həyatındakı davranışlarına və əxlaqına bağlı olduğuna inanır.

Karmanın əsasında isə insanın ölümdən sonra dünyaya yenidən başqa bir bədənlə gəlməsi və bu ölüb-dirilmənin müntəzəm olaraq davam etməsi mənasını verən reinkarnasiya inancı var.

Karma inancına görə reinkarnasiya

Reinkarnasiya insanın öldükdən sonra başqa bir bədənlə dünyaya yenidən gəlməsi haqqında inancdır. Karma fəlsəfəsinin nəticəsi olaraq reinkarnasiya, yəni insanın öldükdən sonra başqa bir bədənlə dünyaya yenidən gəlməsi inancı hind fəlsəfələrinə köklü surətdə yerləşmişdir. Karma fəlsəfəsi “Dinlərin tarixi” adlı kitabda qısa şəkildə belə izah edilir: Bu inanca əsasən, insan etdiklərinə görə heyvan, bitki, insan və ya tanrı şəklində doğulur (Allahı tənzih edirik). Reinkarnasiyada axirət inancı yoxdur, öldükdən sonra dünya həyatında eyni ruhla, lakin yeni bədənlə dirilmə inancı vardır. Lakin bu, Allahın Quranda bildirdiyi hökmlərlə ziddiyyət təşkil edən, batil və azğın inancdır. Bu fəlsəfədə diqqət çəkən başqa azğın inanc isə insanın ilah olaraq da doğula bilməsidir. Bu, tarix boyu inanılan ən batil və saxta iddiadır. Bu iddia Allaha şirk qoşmaq mənasını verir. Halbuki, məlumdur ki, heç bir insan ilah ola bilməz. Yalnız bir İlah var, O da uca Allahdır. O, nə doğmuş , nə də doğulmuşdur.  Bütün kainatın və canlıların sahibi, yaradanı, qoruyucusu və İlahı Allahdır. Onun tayı-bərabəri yoxdur. Rəbbimiz olan Allah bu həqiqəti Quranın “İxlas”  surəsində belə bildirir:

      “De: “O Allah Təkdir! Allah Möhtac deyildir. O, nə doğmuş, nə də doğulmuşdur! Onun heç bir tayı-bərabəri də yoxdur!” (İxlas surəsi 1- 4)

“İxlas”  surəsində bildirilən bu həqiqətdən başqa inanca sahib olanlar, şübhəsiz ki, doğru yoldan sapmışdır.

       Reinkarnasiya azğınlığına nümunə…

Bu fəlsəfədə varlı və ya müvəffəqiyyətli olan insanın keçmiş həyatında yaxşı insan olduğu üçün bu həyatında var-dövlətlə mükafatlandırıldığı düşünülür. Eynilə, kasıb, şikəst, yaxud müvəffəqiyyətsiz olan insanın keçmiş həyatında pisliklər etdiyi və bunun əvəzini indiki həyatında bu şəkildə aldığı iddia edilir. Hətta bu batil iddiaya əsasən, insan etdiyi pisliyə görə, sonrakı həyatında bitki və ya heyvan görünüşündə də ola bilər. İlk baxışda reinkarnasiya inancının insanlara bəzi gözəl əxlaq xüsusiyyətləri qazandıra biləcəyi zənn edilə bilər. Çünki bu inanca görə, bir insan yenidən dünyaya gəldiyi zaman ən yaxşı şəraitdə yaşamaq istəyəcək, buna görə də, indiki həyatında sonrakı dünya həyatını qazanmaq üçün ən doğru şəkildə yaşamağa cəhd edəcək. Lakin həm karma, həm reinkarnasiya inancı, həm də hinduizm, buddizm kimi fəlsəfələrin ehtiva etdiyi bir çox batil inanc insan ağlına, məntiqinə, vicdanına və fitrətinə ziddir. Buna görə də, bu fəlsəfələrin ehtiva etdiyi qanun və tətbiqlərin insanlara gözəl əxlaq, cəmiyyətlərə də rahatlıq, sülh və xoşbəxtlik gətirməsi mümkün deyil. Bu inancların məşhur olduğu, hətta milli din olaraq qəbul edildiyi ölkələrdəki həyat şəraiti və ədalətsizliklər bunun ən bariz nümunələrindəndir.

       Reinkarnasiyanı inkar edən Quran hökmləri

Uca Rəbbimizin qullarına rəhmət və xəbərdarlıq olaraq göndərdiyi Quranda “Onlar sənin yanına gəlib elə bir məsəl çəkməzlər ki, (ona cavab olaraq) Biz sənə haqqı və ən yaxşı yozumu verməyək (Furqan surəsi 33)” ayəsində də bildirildiyi kimi, hər şeyin izahı var. Reinkarnasiya, hinduizm, buddizm və karma fəlsəfələrində öldükdən sonra başqa bədənlə yenidən dünyaya dönmə inancı da bunlardan biridir. Quranda ən çox təkrarlanan mövzulardan biri ölümlə birlikdə dünya həyatının sona çatması və dünya həyatında edilən əməllərin əvəzinin axirətdə alınmasıdır. Bu həqiqət aşağıdakı ayədə belə bildirilir:

“Hər bir kəs ölümü dadacaqdır. Lakin Qiyamət günü mükafatlarınız sizə tam veriləcəkdir. Kim oddan uzaqlaşdırılıb Cənnətə daxil edilərsə, o, uğur qazanmış olar. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir”. (Ali-İmran surəsi, 185)

Ayədə bildirilən qiyamət günü və mükafatların tam veriləcəyi həqiqətindən əlavə reinkarnasiya iddiasını əsassız edən və Quranda bildirilən başqa bir mövzu isə öldükdən sonra dünyaya geri dönməyə mane olan sərhəd (bərzəx) olduğunun bildirilməsidir:

“Nəhayət, onlardan birinə ölüm gəldiyi zaman deyər: “Ey Rəbbim! Məni geri qaytar. Bəlkə, tərk etdiyim yaxşı əməlləri (indi) edəm”. Xeyr! Onun bu dedikləri ancaq (boş) bir sözdür. Onların arxasında diriləcəkləri günə qədər bərzəx vardır”. (Muminun surəsi 99-100)

Ayələrdəki ifadələr reinkarnasiya inancının  xəyali inanc olduğunun dəlilidir. Rəbbimiz qullarına əcr qazanmaları üçün dünya həyatını bir dəfə nəsib etmiş və bu dünyadakı həyatlarını ölümlə nəticələndirəcəyini açıq şəkildə bildirmişdir.

Niyə bəzi insanlar reinkarnasiya inancına meyil edir?

Reinkarnasiya heç bir ilahi qaynağa əsaslanmayan batil inancdır. Sadəcə, hind fəlsəfələrində deyil, dünyanın bəzi bölgələrində reinkarnasiyaya inanan, daha doğrusu reinkarnasiyanın doğru olmasını istəyən insanlar var. Bunun səbəbi dinə inanmayan, axirətin varlığını inkar edən, ölümdən sonra yox olmaqdan və ya sonsuza qədər Cəhənnəmdə qalmaqdan qorxan insanların reinkarnasiyanı bu qorxularını məğlub etmək üçün çıxış yolu kimi görmələridir. Çünki reinkarnasiya inancının əsasında ölümdən qorxmağın yersiz olduğu və insanın yenidən doğularaq arzularına çata biləcəyi kimi doğru olmayan təlqinlər durur.

Halbuki, Quranda ölümün və dirilişin bir dəfə olduğu bildirilir. Hər insan dünyada sadəcə bir dəfə yaşayır, sonra ölür və ölümündən sonra yenidən dirildilərək, dünyada etdiklərinə görə Cənnətlə mükafatlandırılır, yaxud Cəhənnəmlə əzablandırılır. Yəni insanın bir dünya həyatı, bir də sonsuza qədər yaşayacağı axirət həyatı var. İnsanların öldükdən sonra dünya həyatına geri dönə bilməyəcəkləri Quranda açıq şəkildə bildirilmişdir:

“Məhv etdiyimiz obalara qadağa qoyulmuşdur və onların (əhalisi bir daha bu dünyaya) qayıtmayacaqlar”. (Ənbiya surəsi 95)

İnsanlar necə aldanırlar?

Diqqət etsək, görərik ki, dövrümüzdə azğın təlimlərin təbliğatında istifadə edilən şüarlardan bəziləri “müasirlik”, “cəsurluq” və “azadlıq”dır. Şübhəsiz ki, müasir dünyagörüşünə sahib olmaq, dövrün inkişaflarını yaxından izləmək, yeniliyə açıq olmaq gözəl xüsusiyyətdir. Lakin buradakı məqsəd insanları din əxlaqından uzaqlaşdırmaq üçün hər cür azğın təlimi və əxlaqsızlığı bəzədilmiş təlqinlərin ardında insanlara təqdim etməkdir. On il əvvəl insanların qınadıqları və qəti şəkildə qarşı olduqları müxtəlif davranışların artıq cəmiyyət tərəfindən adi qarşılanması bu təbliğatın Quran əxlaqından uzaq yaşayanların üzərində nə qədər təsirli olduğunun göstəricisidir. Reinkarnasiya kimi inancların insanların diqqətini çəkməsinin ən əhəmiyyətli səbəblərindən biri, dünya səviyyəsində məşhur olan bəzi sənətçilərin bu inanclara olan marağıdır. Tibetdə buddist geyimlərində şəkillər çəkdirən, yaxud reinkarnasiyaya inandıqlarını açıqlayan bəzi məşhurlar insanların diqqətlərini bu azğın inanclara çəkməyə çalışırlar. Bundan əlavə, dinsizliyi təlqin edərək degenerasiyanı yaymaq məqsədi ilə yaradılan mistik və sirli görüntü xüsusilə gənclərin bu təlimlərə marağına səbəb olur.

Nəticə:

“…qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır”. (Rəd surəsi 28)

Bu məqalədə keçən bütün ayələr ölümün bir dəfə olduğunu açıq və qəti şəkildə göstərir. Bəzi insanlar ölüm və axirət qorxularını məğlub etmək və özlərini təsəlli etmək üçün reinkarnasiya kimi batil inancları qəbul etsələr də, öldükdən sonra bir daha dünyaya gəlməyəcəklər. Uca Allah bir Quran ayəsində belə bildirir:

” Onlar dünya həyatının zahirini bilirlər, axirətdən isə xəbərsizdirlər”. (Rum surəsi 7)

Unutmaq olmaz ki, hər insan bir dəfə öləcək və bu ölümündən sonra Allahın təqdiri olaraq sonsuza qədər yaşayacağı axirət həyatı başlayacaq. Allah hər insanı dünyada etdiyi yaxşılıq və ya pisliklərə görə Cənnətlə mükafatlandıracaq, yaxud Cəhənnəmlə cəzalandıracaq. Allah sonsuz ədalət sahibi, sonsuz mərhəmətli və şəfqətli olandır, hər kəsə etdiyinin əvəzini əskiksiz olaraq verəndir.

Ölümdən və ya Cəhənnəmə getmə ehtimalından qorxaraq reinkarnasiya kimi batil inanclarda təsəlli axtarmaq isə, şübhəsiz ki, insana böyük ziyan verər. Ağıl və vicdan sahibi hər insan Cəhənnəm əzabından xilas olub Cənnəti qazanmaq üçün səmimi qəlblə Allaha yönəlməli, hər an Allahı zikr etməli və insanlar üçün yeganə hidayət rəhbəri olan Qurana tabe olmalıdır. Sonsuz rahatlığı axtaranlar üçün yeganə qurtuluş yolu budur. Quranda bu həqiqət belə bildirilmişdir:

“Onlar orada ilk ölümdən başqa heç bir ölüm dadmayacaqlar. (Allah) onları Cəhənnəm əzabından qorumuşdur – sənin Rəbbinin lütfkarlığı sayəsində. Məhz bu, böyük uğurdur”.(Duxan surəsi 56- 57)

 

Istinad nöqtəsi:

http://az.wikipedia.org/
http://dusunek.net/

Müəllif: Mukhtarov

11/05/1991 Azerbaijan, Blogger

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma