Togrul Muxtarov

Ən kasıb ölkədən tutmuş ən zəngin millətə qədər, istənilən cəmiyyətin irəli getməsi və inkişafı üçün açar- təhsildir. Təhsil şəxsiyyətin inkişafı üçün müthiş alətdir. Məhs təhsil sayəsində bir kəndlinin qızı həkim, şaxtyorun oğlu- şaxta direktoru və bir fəhlənin övladı isə böyük millətin prezidenti ola bilər.

Atama Məktub-Durmayan Zaman

2 Şərh

Salam əziz Atam!

letter_loveSon yazımın üzərindən bir neçə il keçib artıq, sanki o illər bir yuxunu xatırladır. Zaman keçir, biz daha yetkin yaşlara gəlirik, dostlar, tanışlar, qohumlar zaman-zaman bizlərdən ayrılır. Bu siyahıya yaxınlarımızı da əlavə edə bilərik. Zaman keçdikçə sənin ziyarətinə gələnlər də azalır, səni yad edənlər də. Oğlun, yoldaşın, qızın, qardaş-bacın və.s.

Kimlərsə tamamən uzaqlaşır necə ki, sənin kimi, kimlərsə yaxınkən uzaqlaşır. Kimlərsə uzaqda idi Zaman gəlincə daha yaxın oldu. Amma bu Zaman bizlərdə çox boyük dəyişikliklər edir.

Mən artıq daxil olduğum Universteti bitirdim, hərbi xidmətimə getdim sən arzuladığın kimi. O xidmət mənə böyük dərs keçdi. Yox bu xidmətin ağırlığından deyil də yaxınlarımdan uzaqda olmağım və tək qalmağım idi. Tamamən tək! Kimsəsiz atılmışlar kimi…

İndi solumda dayanan pəncərədən bayıra baxıram, günəşli gündü amma mənim həyatımdakı günəş hələ də buludlar arxasındadı. Nəsə o buludlara çəkilməyə mane olur. Bəlkədə Zaman yenə köməyə çatar bilmirəm amma bildiyim odur ki, bu Zaman o günəşi bizə göstərənə kimi yolumuzda çox itirdiklərimiz olacaq…

Əziz atam, yoxluğundan 7 il keçir. Bu zaman bizləri getdikcə uzaqlaşdırır, yadlaşdırır hansi ki, ağlıma belə gətirmək istəmirəm.

Yanımda təkcə Anam var, hansı ki O bizim yolumuzda demək olar ki həyatını heçə verib. Mən onun hər gün üzünün gülməsi üçün çalışıram, hər gün onun əziyyət çəkməməsi üçün vururşuram, fikirlərim, xəyallarım bunu bilmədən ona hiss etdirmədən.

Bacım nə yazım bilmirəm mən sənin yoxluğunla barışma istəmədiyim halda o mənə artıq səni uzaqlaşdırır sənin yoxluğunu mənə hər hərəkəti ilə çatdırır. Halbuki mən bunu görmək istəmirəm, halbuki mən bunu qəbul etmək istəmirəm Əziz Atam.

Varlığının dəyərini çoxları bilmir. Sənin adının necə dəyərli olduğunu çoxları bilmir, Anlamır…

Ata deyərək çağıran qulaqlarımdan getməyən o Söz, mənimkimiləri üçün necə də əvəzedilməz olduğunu dərk etməyənləyə yazığım gəlir.

7 il.

Zaman bizi ayırır zaman gedir, qocalırıq.
Xeyr, xeyr biz cismən deyil Ruhən qocalırıq əziz Atam.

Zaman durmaq bilmir, elə buna görə də biz də dayana bilmirik, həyatı dondurmaq olsaydı nə xoş olardı.

Hər addımımızda itirdiklərimizə görə peşman olan insanlar cavanlıqlarını o peşmanlığa qurban verən ruhən qocalanlar…

Salamat qal,

Müəllif: Mukhtarov

11/05/1991 Azerbaijan, Blogger

Atama Məktub-Durmayan Zaman” üçün 2 cavab

  1. Blok səhifənizə ….bir sözlə heyran oldum..super+++++

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma