Togrul Muxtarov

Ən kasıb ölkədən tutmuş ən zəngin millətə qədər, istənilən cəmiyyətin irəli getməsi və inkişafı üçün açar- təhsildir. Təhsil şəxsiyyətin inkişafı üçün müthiş alətdir. Məhs təhsil sayəsində bir kəndlinin qızı həkim, şaxtyorun oğlu- şaxta direktoru və bir fəhlənin övladı isə böyük millətin prezidenti ola bilər.

Atama məktub 8-ci hissə

8 Şərh

Atama məktub

Atama məktub

Təkcə uzun deyil daha uzun uzadı bir yol idi sən demə…

Atam elə fikirləşmə mən naşükürəm xeyr elə deyil oxuduğum dövürlər təkcə bu cür pis xatirələrlə yadımda qalmayıb həm də xoş günlər və hadisələr də oldu…

Bir gün qrupumuza 1-2 nəfər gəlib DEBAT deyilən bir şeydən danışdılar ilk öncə qəribə səsləndi ama marağım mənə güc gəldi və dərsdən sonra onlara qoşulmağı qərara aldım.  Özümü yad bir planetdə hiss edirdim ilk öncə və bu məni sıxırdı heç bu cür mühitə öyrəşməmişdim. Düzdü çox uşaq olmasa da yadlıq hiss edirdim. İlk öncə özümüzü tanıtdıq və sonra isə təlimlərin vaxtını müəyyənləşdirdik və mən DEBAT təlimlərinə başladım uzun uzadı təlimlər hər dəfə eyni sözlər sən bacararsan , burda  səhv tərəf yoxdu, səhv fikir yoxdu özüm bundan bezirdim … Görəsən nə vaxt bitəcəy mən yenə normal həyatıma qayıdacam uffff bezdim istəmirəm heç nəyi nə təlimi nə də sizləri görməyi hələ qrupumda uşaqların mənimlə necə mırt tutmaqlarından demirəm bəsdir artıq mənə bu maraqsız sözlər lazım deyil!

Axı niyə deməliyəm ki ” Gənclərin işlə təmin olunmasında dövlətin rolu effektivdir” niyə? niyə? Belə deyil axı əsl həqiqətdə dostlarımın çoxsu işləmir bu necə ola bilərdi? Mən özümü yalandan doğru göstərməliyəm??? Xeyr bu mənə lazım deyil!

Bu fikirlər beynimdə sanki bir yer tutub məni qarşıya getməyə səsləyirdi …

Belə də oldu nəhayət yarış oldu… Bundan heç danışmayım əsas maraqlı olanı Hakimin təlimçimə dediyi idi: “Bu oğlan maraqlı oynayır inanıram ki, gələcəkdə güclü debatçı olcacaq və o 10 ən yaxşı debatçı siyahısına salınacaq” fikir bitdi.

Guya bu mənə maraqlı idi ATA heç qətiyyən maraq görmədim ama yenə də istəmədən gələn turdakı debat oyunlarına qatıldım yenə həmin nəticə.

Daha sonra Təlimçi ol dedilər oldum bir oyun iki oyun yenə maraq yoxdu…

Yeni bir təklif: Bəlkə bu oyunda HAKİM olasan

Cavab: olaram niyə də yox yenidən təkrar  vəziyyət iki aponent komanda və bir mövzu beyinlər gərilir hamı qalib olmaq istəyir  və mən get-gedə özümdən xoşlanmırdım bu nədir mən ki belə deyildim ?? Niyə mən təkrar olan şeylərdən danışmalıyam?? Maraqlı suallardı özüm də cavab tapa bilmirdim.

Debat sən mənim kariyeramda öz yerini tutmusan ama mən kariyeramı sənin üzərində qurmaq istəmirəm mənə daha maraqlı bir şey lazım idi …

Nəhayət diyəsən istədiyim idi qrup yoldaşımın təklifi: “Gəl səni TGT-yə qoşum “

Maraqlı səslənir elə deyil??? TGT!

İlk cavabım isə: İşim nə olacaq ???  hər şeyi anlamışdım mənə sədrlə görüşmək qalırdı sadəcə, bu da oldu onunla görüşdüm və üstündən cəmi 2 həftə keçmədi ki, o mənə dedi: ” Sən artıq mənim müavinimsən və eləcə də fakultəvin sədrisən”

Sevinc , kədər qarışılıqlı oldu bu zaman ama mən isə bunu istəmirdim hər zaman yeni bir şey axtarırdım yeni , yeni , yeni …

İçimdən isə bir səs mənə deyirdi :“Bilirəm darıxırsan sən tək olduğun üçün darıxırsan bu illərin bir sınağı olub sən tanımadığın bilmədiyin üzünü görmədiyin birini sevirsən və ona görə də  darıxırsan, illərin sınağı deyərkən mən sənin yaşlarında bütün oğlanların eyni bir şeyi fikirləşdiyinin şahidi olmuşam ona görə də yalandan mənə demə ki, bu belə deyil çünki mən də sənin kimi olmuşam”

Doğrudur hər dediyin doğrudur mən səni təqzib etmək istəmirdim onu deyim ki, mən darıxıram ama bilmirəm kimin üçün əgər desəydin bu Atan, Anan Bacındı inanmazdım çünki onlarçun təkcə  darıxmırdım burnumun ucu göynəyirdi artıq…

Doğurdan da belədir mən aşiq olmuşdum ama tanımadığım bilmədiyim birinə təkliyimi hiss etdiyimə görə bu özünü açıq aydın göstərirdi…

Ardı var

Fikirlərinizi yazmağı unutmayın…

Müəllif: Mukhtarov

11/05/1991 Azerbaijan, Blogger

Atama məktub 8-ci hissə” üçün 8 cavab

  1. Toğrul, maraqlı yazıdı. Ən əsası öz hislərini ifadə edə bilirsən. Təbriklər və uğurlar.

  2. Maraqlı idi. Sonacan oxudum. Bəs niyə bu məktub məhz ataya yazılmışdı?

    • Maraqlı sualdı Mələk.. biraz çətinlik çəkirəm cavablandırmaqda ama cavablandıracam … Sən əvvəlki məktubları oxumamısan bəlkə də ama cavab orda yazılıb əslində əvvəldən oxu cavab tapacaqsan 100%

  3. uuydaaa. en zooooor momentinde ardi var oldu …. vse daaaa toqrul elime dushme :)))))))))))))))))

  4. Ugurlar!Inwallah heyatda istediyin her bir nealiyyeti qazanarsan!

  5. maraqlidi xosum geldi:)

Bir şərh yazın