Togrul Muxtarov

Ən kasıb ölkədən tutmuş ən zəngin millətə qədər, istənilən cəmiyyətin irəli getməsi və inkişafı üçün açar- təhsildir. Təhsil şəxsiyyətin inkişafı üçün müthiş alətdir. Məhs təhsil sayəsində bir kəndlinin qızı həkim, şaxtyorun oğlu- şaxta direktoru və bir fəhlənin övladı isə böyük millətin prezidenti ola bilər.

“Miras”ın kapitanı: QHT-lərin futbol turniri yarışmadan əlavə, həm də dostluq əlaqələrinin qurulmasıdı

Bir şərh yazın

qhtxeber.az// “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  QHT-lər arasında təşkil etdiyi Futbol turniri  yarışmadan əlavə, həm də dostluq əlaqələrinin qurulması deməkdir”. Bu sözləri Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin “Miras” komandasının kapitanı Toğrul Muxtarov qhtxeber.az-a bildirib. O deyib ki, ümumilikdə götürsək, Azərbaycanda aktiv fəaliyyət göstərən 300-dən çox QHT var: “Amma bu QHT-lər bir-birini tanıyırmı və ya hər hansı əlaqələri olubmu? Məncə, yox. Onlardan yalnız 3-4 bir-biri ilə əməkdaşlıq edib, desək yanılmarıq. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının QHT-lər arasında təşkil etdiyi bu Futbol Çempionatı yarışmadan əlavə, həm də dostluq əlaqələrinin qurulması deməkdir. Bu cür layihələr QHT-lərin fəaliyyətində və əməkdaşlığında mühüm rol oynayır. Iyunun 9-da olan oyuna gəldikdə isə tam bir QHT oyunu deyə bilərik. Çünki İctimai fəaliyyətlə məşğul olanlar profisional futbol oynamaq bacarıqları bir o qədər də olmur. Ona görə də bu, özünü bizim hesabda da göstərdi. İqtisadçılar komandası yaxşı hücumlar qurmuşdular, amma bu yenə də nəticəyə təsir etmədi. Gələn oyunumuza da hazırlıqlar görürük və inanırıq ki, azərkeşlərə də maraqlı oyun nümayiş etdirə bilərik. Komandamızı qələbə münasibəti ilə təbrik edirəm, İqtisadçı komandasına isə fəaliyyətlərində uğurlar arzu edirəm”.
Hazırladı: Jalə

Müəllif: Mukhtarov

11/05/1991 Azerbaijan, Blogger

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma