Togrul Muxtarov

Ən kasıb ölkədən tutmuş ən zəngin millətə qədər, istənilən cəmiyyətin irəli getməsi və inkişafı üçün açar- təhsildir. Təhsil şəxsiyyətin inkişafı üçün müthiş alətdir. Məhs təhsil sayəsində bir kəndlinin qızı həkim, şaxtyorun oğlu- şaxta direktoru və bir fəhlənin övladı isə böyük millətin prezidenti ola bilər.

Atama Məktub/ 20 ilin xatirəsi SON yazı

2 Şərh

Atama məktub

Atama məktub

Salam Ata, bu yazını bilirəm ki çoxdan gözləyirdin. Mən də gözləyirdim ki sənə  yazım ama nədənsə əlim gəlmirdi bilmirəm niyə.
Bəlkə də zamanını gözləyirdim ama bu cavab olmadığını bilirəm. Artıq aradan 5 il keçdi və mənim isə 21 yaşım tamam oldu, sənə 20 ilin xatirələrindən və 5 ilin həsrətindən yazmaq istədim.

Səni görmək, səni duymaq, hiss etmək, hər dəfə Ata deyə çağırmaq, bir problemim olanda məsləhət almaq, doğum günümdə Anamla məni təbrik etməni, hər gün halımı sormanı istədim bu 5 ildə ama təəssüf ki olmadı. Getdin yanımda olmadın, məni tək qoydun ama daima düşündün, tək qaldım ama daima yanımda olduğunu hiss etdim.
Allaha yalvardın qayıdasan deyə ama olmadı çünki mümkünü olmayan şei istəyirdim Ata.

Artıq 5 ildir ki yanımızda deyilsən və bizimlə deyilsən, artıq mən də 21 yaşı tamam olmuş yetkin gəncəm. Həyatı duyub hiss edirəm. İçimə hər dəfə aldığım nəfəsin hər dəfəsində ağırlaşdığınl hiss edirəm. Sənsiz olduğumu hiss edirəm təəssüf ki…

Bilirsən 20+1 olanda sanki sənə yeni nəfəs gəlir, sanki sən həyata daha da tutulursan sanki bir şeyin sonu yeni bir həyatın isə başlanacağında daxil olursan.

Ata artıq universiteti də bitirdim ama sənsiz, artıq hərbi xidmətə gedirəm ama sənsiz, artıq bacımın yeni oğlu dünyaya gəldi ama sənsiz.
Bu gün eşitdim ki, sənə çox oxşayır ama təəssüf ki hələ də onu görə bilməmişəm, dayı olaraq bir şey edə bilməmişəm bilirsən niyə?
Çünki sən yoxsan, çünki yanımda olan yoxdu, çünki mən də digərləri kimi rahat addım ata bilmirəm, bacımın yanına getmək üşün çalışıram, qaçıram səhərdən axşama ac və susuz qalıram ama sonda tək onu görmək, sənə oxşadıb səni hiss etmək üçün. Yenidən ona baxıb heç kimin yanımda olmadığı zamanda ATA demək üçün.
ATA demək üçün…

Gözlərim və ürəyim doludur ama sənə yazacağım artıq bitirmək istəyirəm. 20 il bir insan ömrü və onu mənasızlaşdıran 5 il  sənsi yəni ATA-sız olmaq!

Düşünmürəm təkəm həyatda, düşünmürəm məni qoruyacaq heç kim heç bir varlıq yoxdu. Bunu sən də düşünmə bilirsən niyə? Ona görə ki səni də məni də yaradan ALLAH heç bir zaman bizi tək qoymur.

Ata sənsiz ağırdı bilirəm ama bunu bu hissi saxlamalıyam ATAM! Sənsiz olduğumu artıq qəbul etməliyəm, sənin olmadığımı qəbul etməliyəm…

21 mənim üçün adi başlanğıc oldu ama hiss edirəm ki başlanğıc yalnız belədi ama davamı daha da güclü olacaq.
Anam və Bacım mənim üçün yeganə olanlar və hər üçümüzü bir arada tutan Allahımız olduğu halda biz heç bir zaman tək olmayacağıq.

Hələlik deyirəm sənə Ata qismət olsa ya 5 ya 10 ya da 20 ildən sonra yenidən sənə yazacam başıma gələnləri, düşünmürəm tez bir zamanda yazım ola bilər 1 illik xidmətimi bitirdikdən sonra yazım Allah qoysa deyək, bəlkə də heç bir zaman…

Çox hörmətlə sənli və eyni zamanda sənsiz: OĞLUN

Bəyəndinsə LİKE düyməsinə basa bilərsən( Bu hörmət əlamətidi)

Müəllif: Mukhtarov

11/05/1991 Azerbaijan, Blogger

Atama Məktub/ 20 ilin xatirəsi SON yazı” üçün 2 cavab

  1. semimi ve urek sizladan kelimler bir daha subut etdin boyuk ureye malik oldugunu bu yazinla,ela dost ugurlar sene daim isinde ve sexsi heyatinda sene demisdim ve yenede deyirem anain sudu sene halal olsun!!!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma