Togrul Muxtarov

Ən kasıb ölkədən tutmuş ən zəngin millətə qədər, istənilən cəmiyyətin irəli getməsi və inkişafı üçün açar- təhsildir. Təhsil şəxsiyyətin inkişafı üçün müthiş alətdir. Məhs təhsil sayəsində bir kəndlinin qızı həkim, şaxtyorun oğlu- şaxta direktoru və bir fəhlənin övladı isə böyük millətin prezidenti ola bilər.

Azərbaycan Memarlıq və İnşaat Universitetində “İRƏLİ” İctimai Birliyinin təqdimatı baş tutmuşdur

Bir şərh yazın

11 Aprel 2012-ci il tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetində “İRƏLİ” İctimai Birliyinin təqdimatı baş tutmuşdur. Təqdimatda “İRƏLİ” İctimai Birliyinin baş katibi Rauf Mərdiyev, təşkilatın təhsil müəssisələri ilə iş üzrə katibliyin ali məktəblərlə iş üzrə koordinatoru Rövşən Camalov, Təhsil Müəssisələri ilə iş üzrə katib Azər Abdullayev, təşkilatın Azərbaycan Memarlıq və İnşaat Universiteti üzrə koordinatoru Toğrul Muxtarov və universitetin 100 nəfər tələbəsi iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Həmkarlar Təşkilatının sədr müavini Bayram Aslanov iştirakçıları salamlamışdır.

Sonra “İRƏLİ” İctimai Birliyinin baş katibi Rauf Mərdiyev tələbələrə “İRƏLİ” İctimai Birliyi və onun fəaliyyəti barədə məlumat vermişdir.

Daha sonra “İRƏLİ” İctimai Birliyinin təhsil müəssisələri ilə iş üzrə katibliyin ali məktəblərlə iş üzrə koordinatoru  Rövşən Camalov “İRƏLİ” İctimai Birliyinin təqdimatını keçirmişdir.

Sonda gəncləri maraqlandıran suallar cavablandırılmışdır.

Qeyd edəki ki, “İRƏLİ” İctimai Birliyi hər tədris mövsümündə Azərbaycanın ali təhsil ocaqlarında təşkilatın təqdimatını həyata keçirir. Təqdimatların əsas məqsədi universitet tələbələrini “İRƏLİ” İctimai Birliyinin fəaliyyəti və təşkilatda gənclər üçün yaradılan  imkanlarla tanış etməkdir.

“> “>
“> “>
“> “>
“> “>
“> “>
“> “>
“> “>
“> “>
“> “>
“> “>
“> “>
“> “>
“>

Müəllif: Mukhtarov

11/05/1991 Azerbaijan, Blogger

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma