Togrul Muxtarov

Ən kasıb ölkədən tutmuş ən zəngin millətə qədər, istənilən cəmiyyətin irəli getməsi və inkişafı üçün açar- təhsildir. Təhsil şəxsiyyətin inkişafı üçün müthiş alətdir. Məhs təhsil sayəsində bir kəndlinin qızı həkim, şaxtyorun oğlu- şaxta direktoru və bir fəhlənin övladı isə böyük millətin prezidenti ola bilər.

Bakının Gecə Həyatı…

5 Şərh

Bakının Gecə Həyatı

Danışmaq istədiyimi bəlkə də çoxlarə görüb və bəlkədə görməyənlər var…

Dostlardan biri zəng edib bildirdi ki, sabah Rusiya Federasiyasına gedir gəl görüşək dedi. Təklifini geri çevirə bilməzim və uşaqlıq dostlarla bir araya yığışdıq. Dedik-güldük, yeyib-içdik və uşaqlıq və məktəb illərini yada saldıq.

Saat 23:08 və biz Çay evindən çıxdıq yolun digər tərəfindəki Meyxana çay evinə getməyi qərara aldıq ki, birazda meylənib Xanədə söhbətləşib Meyxanaya qulaq asaq🙂.

Qafiyə açılır tapba-tarap söz deyişməsi gedir. Uşaqlar hörmət edib qafiyə açdırırlar saatdan xəbəri olan yoxdu təkcə məndən başqa ki, saat 12-də Metro Bağlanır evə getmək isə dəhşətizm olacaqdı, ama fikirləşirdim ki qohumuma demişəm evə gedənə yarım saat qalmış xəbər edəcəy mən də İçərişəhərə gedib ordan evə gedəcəm. Saat 23:59 və ruslar demişkən Trivoqaaaaa

Qaç ha qaç metroya çatdıq və saat 00:01 Metro Bağlandı və biz də suyu süzülə süzülə metrodan çıxdıq.

Pəhhh söhbət açıldı da bu deyir sən elədin o deyir sən elədin. Evdəkilər də mazgi ediblə  zəng zəng dalıyca. Reski ağlıma gəldiki Əhmədlidəki dosta zəng edim orda qalım ama cavab müsbət olmadı, digərinə zəng cavab : Bu nömrəyə zəng çatmır😦 uje nə edəcəyimi bilmirəm çarə yalnız Parkda yatmağ idi diyəsən

ŞŞŞAAAAKKK !!!!!
Ağıla ide gəldi, bir qohumum şəərdə qalır özüdə tək məndə 2 yaş böyükdü ama qardaşdı deməli getməyə hələ də yer var idi😉 ona zəng cavab vermir puah bu lazım idi?
1 zəng cavab yox

2 zəng

3-4……1-15 cavab verən yoxdu.

Bu əsas deyil onun harda olduğunu bilirəm gecə 2yə kimi Tarqovuda Fantan restoranındadı dostların çay evində reski Taksi və yollandım ora…

Gəldim ki pəəəh budur oturublar qızğı söhbət gedir və reski mən də gəlib  çıxdım söhbət qızışdı da🙂 nə edək nə etməyək gəlin yeyif içək də

saat gecə 3-ə işləyir dəm-dəzgahnan yeyib içirik və rus arağıda yanımızda mən içməsəm də Onlarnan Pepsi vurudum və guya bunlar ki kayfda idim də😀

Dostlardan biri getdi yatdı ki sabah səhər işdə növbədədir. Beləcə hamı dəm olub yeni idea fikirləşirik ki nə edək?

Ağıla gələn  ilk fikir Diskoya getmək idi. Çoxda uzaqda olmayan cəmi 5 dəq çatacaımız bir yerə getdik bizimkilər deyib gülür mən də qatılmışam saat 5ə işləyir artıq.

Diskoya çatdık açığı desəm Bakıda gecə vaxtı saat 12-dən sonra diskoda ilk günüm idi😀 bu qəribə görsənə bilər ama belə idi. Qızlar güzgüyə baxır oynayır oğlanlar ətrafında fırlanır, biri siqaret çəkir biri içir…

Biz bir qırağda oturub RedBull zakaz etdik hərəmiz bir mini balon içdikdən sonra dance etməyə başladıq, düzdü qızlar bizə “VNEMANİYA” Vverməsələr də biz öz havamızda idik. Qızların hərəsinin öz oğlanı vardı. Hansı ki bu “QAQAŞ”-lar şəhərdə ən ucuzu X6 ilə gəzirdilər, bizim isə olan qalanımız 4 dostdan bizinin PassatCC-si olması idi

Beləcə risk edib birinə yaxınlaşdım, uşaqlar dedilər hərii bacararsan get rəqsə dəvət et, qəşəng motivə  idi və mən də “TIRKAYA” getdim yaxınlaşdım

Salam…

Cavab gəlmədi…

Salam… Olar Rəqs edək?

Cavab: YOX olmaz

Əvəzində isə bunu dedim mən rəqs etmək istəyirəm o biriləri kimi səni qucaqlamaq yox!

Geri qayıtdım gəlirdim ki, xanım qayıdıb dedi:

Üzr istəyirəm sadəcə indi özümdə deyiləm mən kobudluq etmək istəmirdim

Bu xoşuma gəlirdi əslində, məndə OK deyib yerimdə oturdum. Ama orda olan qızları real olaarq səhər görsəydim heç onlara Bar qızı adını verməzdim açıq desəm

Səhər saat 6:30 biz diskodan çıxdıq və Fontana gəldik, Çay içdik yenidən və Qəlyan çəkdik vəə Karaoke oxumağa başladıq😀 kef bundan sonra başladı Mikrafon üstə dava gedir

Biri Bakılı Qız mahnısını İfa edir, Biri İsmayıl YK-nın Tıkla mahnısını aləm qarışıb bir birinə🙂

Nəsə beləcə uşaqlardan 2si orda yatdı, biri gedib digər divanda yatdı mən də digər divanda uzandım ki, biraz dincim çıxsın.

Sən demə hələ indi başlayırmış dövran…

Orda olan qız və iki oğlan day ağzına gələni danışırlar az qala qulağım bunların səsindən bata, dostumun yeri olmaöına baxmayaraq müştəriyə xoş münasibət adətimizdi, sadəcə qulaqlarımı tutdum ki gözümü yumum digər dostum içəri girib qışqırdı

Durun Durun Durun

Mənim növbəm başladı saat 07:30 idi heç kim yatmasın

Pəəəhhh bu da günün son nöqtəsi…
Mənə Bu Lazım idi? Sualına hələ də cavab tapa bilmirəm:/

Müəllif: Mukhtarov

11/05/1991 Azerbaijan, Blogger

Bakının Gecə Həyatı…” üçün 5 cavab

  1. Lazım idi Toğrul Lazım olmasa idi olmazdı. Hər şeyin bir səbəbi var

  2. Mence taksiye minib FONTANA dostunuzun yanina getmekdense eve getseniz hekayeniz bele uzun olmazdi)))Cox guman ki ele ona gore getmemisiz)))

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma