Togrul Muxtarov

Ən kasıb ölkədən tutmuş ən zəngin millətə qədər, istənilən cəmiyyətin irəli getməsi və inkişafı üçün açar- təhsildir. Təhsil şəxsiyyətin inkişafı üçün müthiş alətdir. Məhs təhsil sayəsində bir kəndlinin qızı həkim, şaxtyorun oğlu- şaxta direktoru və bir fəhlənin övladı isə böyük millətin prezidenti ola bilər.

Sənsizləmişəm…

Bir şərh yazın

 

Onu çox istəyirdim. Deyəcəksiniz bu normaldı hər bir uşaq atasını çox istəyir ama bilmirəm məndə bu istək daha fərqli idik. Ailəmiz çox geniş idi. Bu mənim xoşuma gəlirdi, hamımızın bi arada olmağı, bütün ailənin bundan gözəl nə ola bilərdi ki…

Ama hər şey bu qədər gözəl deyildi, Atamın narahatçılığı var idi. Düzdü geniş ailəmizin olması və bizləri daima düşünməsi. Bu səbəb ola bilməzdi

Bir gün atam səhər kimi çiyninin ağrısından yata bilmirdi. Tez-tez ayaq səsləri eşidirim ki həyətə düşüb siqaret çəkir. Anamın səsini də eşidirdim ki, gəl həkimə zəng vuraq görək nə deyir. O qulaq asmaq istəmirdi. Atam “Mənim həkimlik heç nəyim yoxdu deyib hirsləndi. Sadəcə bu güm işdə çox işləmişəm ondandı” deyib üzərindən keçdi. Çünki atam hər zaman səhətinə fikir verən idi, o nəsə olacağından heç zaman qorxmurdu özünə güvənirdi.

Ama sabah nələrin baş verəcəyindən heç kimin xəbəri yox idi hətda özünün belə…

Səhər atam ağramağına baxmayar işə getdi və günortaya yaxın tələsik evə gələrək dənizə getmək üçün paltarlarını yığmamığımı istədi. Hazır edib atamı yola saldım.
Axşam saat 9-un yarısı olardı evə zəng gəldi, zəng vuran Vahid əmi idi(Atamın dostu ona əmi deyirik) qardaşımı istədi. Qardaşım da Futboll oybamağa getdiyi üçün telefonunu söndürmüşdü. Səsi çox titrək və narahatçılıq dolu idi heç zaman belə olmamışdı artıq narahat olmağa başlayırdım çox şeyi dərk etmirdim axı cəmi 14 yaşım var idi…😦

Bircə bunu dedi “Papanın ürəyi tutub qardaşına denən Mərdəkana gəlsin”

Heç nə anlamıram Allahım görəsən nə olub? Özüm-özümə sual verirəm və yoruluram…

1 saatın içində bütün qohumlarımız evmizə yığışdı, hamısı da bir tərəfdə nəsə pıçıldayırdılar elə bil nəsə gizlədirdilər. Daha sonra Anam işdən gəldi. Artıq gecə doğru gedirdik aradan xeylu vaxt keçdi…

Gecə saat 1-ə işləyirdi, həyətə Skorı(Təcili Tibbi Yardım) girdi, evdə böyük bir ağlaşma oldu.
Anamı bu cür görməmişdim. Gözlərimə inanmırdım.

Ata, Ata, Ataaa…

O artıq yox idi, atam artıq bizimlə deyildi, o bizi tərk etmişdi yalnıza cismi bizimlə idi…

Onun son dəfə belə doyunca görmədim, rayina apardılar

Yooooxxx

Buna dözə bilməzdim balaca olduğuma görə məni evdə saxladılar məni Atama vidalaşmağa belə qoymadılar, Allahım nə edim özümə yer tapa bilmirəm nə edimmmm??????

Bu acını yaşaya-yaşay artı üzərindən illər keçdi. Atam üçün darıxıram. Mənə indi nə qədər lazım olduğunu həddindən çox hiss edirəm

Ölüm səbəbini indi anlayıram.

Atam çiyni ağradığı gün ürəyində proseslər gedirdi, səhəri gün dənizə getməyi və orda dostları ilə futbol oynamağı artıq ürəyinə təsiri daha da artırmışdı. Əvvəl oynayıb sonra “Özümü pis hiss edirəm mən qapıya keçirəm” deyib davam edib. Üstündən 2 dəqiqə keçəndən sonra Atam diz üstə yerə çöküb dostlar yanına qaçıb gəliblər, müəyyən köməkdən sonra özünə gəliub ama sonra yenə də huşunu itirib. Son sözü “VAHİD QOYMA”

Atam İnfarkt keçirib və elə oradaca keçinib. Bunu bilmək mənə çox ağır olsa da həqiqəti öyrənmək və bilmək məni rahatladır.
Tək böyümək, Ata qayğısı görməmək, hər gün onunla söhbət edib daha sonra isə onu görməməkdən ağrılı bir insan həyatında nə ola bilər? Heç düşünmüsünüz?
Yox! Düşünməmisiniz, bilirsiniz niyə? Çünki biz insanlar itirdiyimizi ondan sonra sevməyə başlayırıq.

Çox kiçik olmağım Atamla indi fikirləşdiklərimi paylaşa bilməməyimi sadəcə düşünə bilmirəm bu mənə çox çətindi

Artıq fevralın 27-si 57 yaşın olmalıydı əziz ATAM. Ama …

Çətin olanlardan bircə bunu deməkdir.

SƏNSİZLƏMİŞƏM… 

Müəllif: Mukhtarov

11/05/1991 Azerbaijan, Blogger

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma