Togrul Muxtarov

Ən kasıb ölkədən tutmuş ən zəngin millətə qədər, istənilən cəmiyyətin irəli getməsi və inkişafı üçün açar- təhsildir. Təhsil şəxsiyyətin inkişafı üçün müthiş alətdir. Məhs təhsil sayəsində bir kəndlinin qızı həkim, şaxtyorun oğlu- şaxta direktoru və bir fəhlənin övladı isə böyük millətin prezidenti ola bilər.

Sona Qalan Yalnız Ümidlərdi…

2 Şərh

Sona Qalan Yalnız Ümidlərdi…

Sona Qalan Yalnız Ümidlərdi…

Həyatın xoş anlarını hiss edirdim, bu mənə adi  görsənirdi çünki heç zaman çətinlik görməmişdim.

Dünya turnisinə çıxmaq üçün ideal vaxt idi. Bilirdim ki, Atamın yeganə oğluyam və nə istəsəydim onu da edərdim.

Atam  Anamla 1975-ci ildə ailə həyatı qurmuşdular ama buna baxmayaraq mən 14 ildən sonra dünyaya gəlmişdim. Bunun nəticəsi idi ki, indiyə kimi nazımla oynayırlar. Heç bir zaman 1 dediyimi 2 etmirlər.

Bu bəzən xoşuma gəlirdi bəzən isə yox.

İstədiyim kimi gəzir, əylənir, kef edirdim. Hardan gəlib hara getdiyim heç soruşmurdular da. Bu mənə sərf edirdi…

Amma bəzən də heç xoşuma gəlməzdi, bu qədər boşluq heç bir zaman Yox deyə bir şey olmasın canımı çox sıxırdı.

Atam həyatını hər dəfə mənə danışardı, uşaq vaxtı necə ot gətirib Mal-qarasını saxlamağından, vedrə ilə su daşımasından, dərslərini məktəbdə oxuyub evə gəlməsindən və nəhayət böyük bir Biznesmen olmasına kimi. 

Onu çox sevirəm. O mənim hal-hazırda rahatlıqla xərclədiyim pulları görəndə ürəyi ağrayırdı, doğurdan da o bu pulları çox çətinliklə qazanmış və bir yerə yığa bilmişdi.  İndi isə ailəsinə vaxt ayırırdı artıq təqaüddə idi bir sözlə…

Anam isə daima şəhərdə yaşamış samballı ailənin bir üzvü olmuşdu, onun üçün pul sonuncu idi bəlkə də atamın bu qədər imkanlı olmağının birinci səbəbkarı Anam idi. O, mənim həyatım idi…

Hər gün yeni bir qızla tanış olub, yeni macəra axtarırdım. Yeni bir şeylər almaq, hədiyyələr etmək onların xoşuna gəlirdi və bilirdim ki,  tanış olduğum qızları bundan başqa heç nə maraqlandırmır.

Atamın hesabına Universitetə qəbul olunmuşdum, maraqlı tələbəlik illərindən yadda qalanı hər semestrdə yeni maşın dəyişməyim olmuşdu.

Atam artıq çox yaşlanmışdı zarafat deyil mən balaca idim onun isə yetəri qədər yaşı və təcrübəsi var idi, heç bir zaman səhv etməmişdi əks halda onun rahatlığını nəsə pozacaqdı, amma indi belə deyil…

Bir gün evə bir məktub gəldi. Zərfi mən açdım içərisində yalnız bu yazılar yazılmışdı:

SONA QALAN YALNIZ ÜMİDLƏR OLUR…

Atama göstərdim, bir anlıq yerində durdu və heç ağlıma gəlmədiyi halda yerə yıxıldı.

Təcili Tibbi Yardım çağırana kimi mən artıq Şok vəziyyətində idim.Təcili yardım

Atamı Xəstəxanaya çatdırdılar, Anam ambulansda getdi,

mən də öz maşınıma oturub arxalarıyca getdim.

İlk dəfə idi bu cür halla rastlaşırdım həyatımda ilk dəfə idi ki, atamı bu vəziyyətdə görürdüm, ilk dəfə idi ki Anamın həqiqətən də Atamı necə sevdiyinin şahidi olurdum. Bu fikirlər ağlımda fırlandığı halda böyük bir zərbədən ayıldım. Maşınım artıq İşıq dirəyinə dəymişdi…

Oranı bir təhər qoyub qaçmağa məcbur oldum axı Atam hələ də Ambulansda idi. Bir taksi saxlayıb oturdum xəstəxanaya çatdım. Atam məni istəmişdi yanına gücləgirdim və eşitdiyim son bu söz oldu:

OĞLUM…

Yox! Yox! Yox!

Bu ola bilməzdi, Atam ölə bilməzdiiii!!!!!!!!

Artıq Anamın da ürəyi tutdu onu da xərək gətirib palataya apardılar.

Həkimlər bunu dedi: Təcili əməliyyat olunmalıdı hər halda hər şeyi gözə al oğul, bu çətin əməliyyatdı o bu əməliyyata dözməyə də bilər.

ALLAH-ım niyə indi? Niyə bunlar oldu? Niyə o Məktub? Axı onu kim yazmışdı? Nədən söhbət gedir?

Heç nə anlamıram.

2 saatda sonra həkimlər yenidən gəldi və dedilər: Anan bu əməliyyata dözə bilmədi…

İlahi günahımız nə idi? Niyə belə oldu?

Artıq heç nə edə bilməzdim, bayırda Polislər var idi mənə yaxınlaşdılar qəza törədib qaçdığıma görə əllərimi qandallayıb maşına apardılar.

Yalnız 1 günlük icazə ala bildim ki, Atamın və Anamın Dəfnində iştirak edə bilim.

Dəfndən dərhal sonra evimə gəldim. Gözlərimə inanmadım evimizdə kimlər isə var idi.

İçəri keçdim tanımadığım insanlar çox qəribədir onlar burda nə edirlər?

Oranı tərk etdim, artıq Havalanmışdım. Digər otağa keçdim və məktubu tapıb yenidən oxudum yenə də eyni sözlər: 

SONA QALAN YALNIZ ÜMİDLƏR OLUR…

Heç nə anlamıram…

Təkrar, təkrar, təkrar oxudum və məktubun üzərinə gün işığı düşdü. Aman ALLAH-ım orda başqa da nəsə yazılmışdı.

Tez bayıra çıxıb məktubu günəşə tutub oxudum:

Hörmətlə İlyas bəy!

Biz sizi daima izləyir illər ərzində bu günü gözləyirdik. Sizin səhviniz bizim Uğurumuz oldu.

Siz artıq bu andan etibarən hər bir şeyinizi itirmisiniz. Hətda Oğlunuzu belə.

Heç nə anlamıram bu nə səhv ola bilərdi axı Atam heç bir zaman həyatı bahasına səhv buraxmazdı…

Sizin səhviniz illərdən bəri yığdığınız Var-dövlətin, Mal-mülkün və hətda ən əsası olan bircə oğlunuzu belə SIĞORTALAMAMAĞINIZDIR.

Əgər siz Var-dözlətinizi Əmlak Sığortası, Oğlunuzu isə Həyat sığortası ilə sığortalasaydınız hal-hazırda bunlar da baş verməzdi…

Hörmətlə: Dostun Natiq

Bu sizin Həyatda Ən böyük səhvinizdir.

Ona görə də SONA QALAN YALNIZ ÜMİDLƏRDİ… SIĞORTA İSƏ BU ÜMİDLƏRİ DAİMA QORUYUB SAXLAYAN BİR VASİTƏDİ

Bu slaydşou üçün JavaScript lazımdır.

Fikirləriniz bizimlə bölməyi unutmayın

Müəllif: Mukhtarov

11/05/1991 Azerbaijan, Blogger

Sona Qalan Yalnız Ümidlərdi…” üçün 2 cavab

  1. Hem de sonda ölen yalniz îmidlerdir

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma