Togrul Muxtarov

Ən kasıb ölkədən tutmuş ən zəngin millətə qədər, istənilən cəmiyyətin irəli getməsi və inkişafı üçün açar- təhsildir. Təhsil şəxsiyyətin inkişafı üçün müthiş alətdir. Məhs təhsil sayəsində bir kəndlinin qızı həkim, şaxtyorun oğlu- şaxta direktoru və bir fəhlənin övladı isə böyük millətin prezidenti ola bilər.

Son 20 qəpiyim…

4 Şərh

Son 20 qəpiyim...

Son 20 qəpiyim...

Dostlar artıq bu hekayəmin son akkordlarını sizlərlə birgə vurmaq istərdim…

Artıq pulum vardı 1 manatım, bu mənə səhər yenidən Universitetə qayıtmağa da bəs edərdi ama bu sadəcə bununla bitmirdi… Qrup yoldaşlarımla ordan çıxdıq və Hüseyin Cavid parkı ilə metroya tərəf hərəkət etməyə başladıq.  Mən heç bir zaman Qumar oynamayacam deyə çox yaxınıma söz vermişdim və bununla isə sözümü üstündə durmadım ama o yaxınımın Qumar haqqında  dediyi sözlər yadıma düşdü …

O demişdi:

Günlərin bir günü bir kişi olur və bunun da var dövləti başından aşır. Sadəcə və sadəcə bir oğlu olur.

İllər keçir oğlan böyüyür Ata isə qocalmağa başlayır və ölüm anı çatdıqda bütün var dözlətini oğluna vəsiyyət edib son sözlərini deyi:

Oğlum Həyat çox qəribədi İnsanlar isə ondan da qəribə. Bilmədən niyə ama bizlər hər zaman dünyada hər şeyi görməyə çalışırıq, bu isə hər zaman bizim xeyirimizə olmur.

Sənə deyim ki, gün gələcək sən də mənim kimi Qumar oynamaq istərsən, mən bunu sənə qadağa qoymuram sadəcə demək istəyirəm ki, əgər qumar oynamaq istəsən əvvəlcə stolun üstündə olan kağızda sənə ünvan yazıb qoymuşam o ünvana get sonra isə qumar oyna deyə ata son sözlərini dedi…

İllər keçir oğlan istədiyi kimi yaşayır və günlərini kef ilə keçirir. Bir gün dostları ona qumar oynamağı təklif edirlər razılaşır ama Atasının dediyi sözlər yadına düşür və dostlarına deyir : Atamın son vəsiyyətin yerinə yetirim və yanınıza qayıdacam oynayarıq.

Vərəqdə Ucqar dağ yerində yaşayan kiminsə ünvanı yazılmışdı, oğlan ora gedir və ünvanı tapır görür ki, bir daxma var və bu daxma içərisində də bir qoca kişi yaşayır.

İçəri girir və deyir: Məni sizin yanınıza atam göndərib

Qoca: Oğlum Atan kimmişsə çox ağıllı adammış gəl deyə oğlanı çağırdı.

Əlində iki zər var idi və o zərləri otağının pəncərəsinə bayıra tullayıb dedi: get zərə bax və mənə gətir orda ŞEŞ QOŞA var.

Oğlan gedir və həqiqətən də ŞEŞ QOŞA olduğunu görür və zərləri qocaya veriri. Qoca yenidən zərləri digər pəncərədən tullayıb deyir get bax gör yenə də ŞEŞ QOŞA-dı.

Oğlan yenidən gedir və gözlərinə inanmır doğurdan da ŞEŞ QOŞA idi…

Gəlib qocadan bu sözləri eşidir: 

Qoca: Oğlum görürsən mən bu cür zər atıram və hər dəfədə də bəxtim gətirir ama buna baxmayaraq hər şeyimi itirmişəm və bu quru daxmaya möhtac qalmışam heç oğlum, qızım da yanımda yoxdu…

Qoca sözlərini bitirib-bitirməz oğlan otaqdan çıxır və geri qayıdır o zamandan isə özünə söz verir ki, bir daha Qumar adını belə çəkməyəcək Atasına isə qulaq asdığı üçün özünü heç zaman günahlandırmır…

Və eləcə də mən qazandığım o pulu məbləğinə baxmayaraq kimdən qazanmışdımsa elə ona da qaytardım və bir daha Qumara yaxın getmədim. Baxmayaraq ki heç pulum da yox idi artıq, ama Şükürlər olsun ALLAH-ıma heç zaman biz bəndələri ALLAH kiməsə və ya nəyəsə möhtac etmir.

Metroda kartımı yenidən yoxladım və gözlərimə inanmadım. Mən tələsmişdim artıq stependiyam hesabım yatmışdı bu gözəl xoşbəxtliyi unutmaq üçün nələrdən keçmək gərəkdir bir bilsəniz.

Dostlar sözüm budur sizlərə İnsanı yaradan Allah onunla birgə ruzisini də yardaır və o yaradan heç zaman istəməz ki bəndələri pis vəziyyətlərə düşsünlər bunun şahidi bir daha oldum və SONSUZ ŞÜKÜRLƏRİM-lə yenidən Allahıma dualarımı əsirgəlmədim.

Budur mənim son 20 qəpiyim Səbr etmək gərək olduğu yerdə Səbr etmək gərəkdir, heç zaman ümidinizi Allah-dan kəsməyin.

Qoy Tanrımız bizləri və sizləri Qorusun.

AMİN!

Redaktəsiz

Hörmət əlaməti olaraq fikirləriniz bölüşün…

Müəllif: Mukhtarov

11/05/1991 Azerbaijan, Blogger

Son 20 qəpiyim…” üçün 4 cavab

  1. Afərin! Hər şeyi verən Allahdır. Çalışaq ümidimizi heç zaman üzməyək…

  2. Xoshuma geldi. Cox maraqli meqale idi

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma