Togrul Muxtarov

Ən kasıb ölkədən tutmuş ən zəngin millətə qədər, istənilən cəmiyyətin irəli getməsi və inkişafı üçün açar- təhsildir. Təhsil şəxsiyyətin inkişafı üçün müthiş alətdir. Məhs təhsil sayəsində bir kəndlinin qızı həkim, şaxtyorun oğlu- şaxta direktoru və bir fəhlənin övladı isə böyük millətin prezidenti ola bilər.

Bakı səması və Qırıcılar

Bir şərh yazın

qırıcı təyyarə

qırıcı təyyarə

Bəlkə də təəccüblü olmasın sizlərə ama səhər-səhər Bakının üzərində Qırıcı Təyyarələrin  hərəkəti məni çox təəccübləndirdi. Badamdar qəsəbəsindən üzü Nəşriyyat  prospektinə tərəf gəlirdim ki, maşurutumun üzərindən o tərəf bu tərəfə hərəkət edən qırıcı təyyarələri bəzilərini qorxutdu elə özümə də maraqlə gəldi ki görəsən bu nədir belə?
Daha sonra isə ağlıma batan ən real fikir bunun  26 iyun – Silahlı qüvvələr günü-nə həsr olunması oldu. Mənzil başına çatar-çatmaz bu barədə ətraflı araşdırmaq istədim və tapdım. Yanılmamışdım anspress-də bu barədə  ətraflı oxudum və oxuduğumu da bloguma copy edib atdım ki sizlərin də məlumatı olsun.

Bu səhər Bakı səmasında qırıcı təyyarələr müxtəlif manevrlər edərək uçuşlar həyata keçirib. ANS PRESS-in məlumatına görə, Səbail rayonunda iki təyyarənin müxtəlif manevrlər etdiyi müşahidə olunub.

1news saytının məlumatına görə isə Bakı səmasında helikopterlərin də uçuşu müşahidə olunub.
Məşq xarakteri daşıyan uçuşlarda 18 helikopterin iştirak etdiyi bildirilir.

Güman edilir ki, bu uçuşlar Bakıda iyunun 26-da baş tutacaq hərbi parada hazırlıq xarakteri daşıyır.

Qeyd edək ki, iyunun 26-da Bakıda Azadlıq meydanında baş tutacaq hərbi paradda Hərbi Qüvvələrin bütün növləri iştirak edəcək. Hərbi parad Azərbaycanın müstəqillik qazanmasının 20 illiyinə həsr edilib.

Maraqlı hadisədir elə deyil? Ama təəssüf ki, mən real olaraq onların fotolarını çəkib sizlərər göztərə bilmədim (((

Fikirlərinizi yazmağı unutmayın!

Müəllif: Mukhtarov

11/05/1991 Azerbaijan, Blogger

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma