Togrul Muxtarov

Ən kasıb ölkədən tutmuş ən zəngin millətə qədər, istənilən cəmiyyətin irəli getməsi və inkişafı üçün açar- təhsildir. Təhsil şəxsiyyətin inkişafı üçün müthiş alətdir. Məhs təhsil sayəsində bir kəndlinin qızı həkim, şaxtyorun oğlu- şaxta direktoru və bir fəhlənin övladı isə böyük millətin prezidenti ola bilər.

“Uşaqlar və biz” xeyriyyə layihəsi

Bir şərh yazın

“Uşaqlar və biz” xeyriyyə layihəsi
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunur

“Uşaqlar və biz” xeyriyyə layihəsi

“Uşaqlar və biz” xeyriyyə layihəsi

2011-ci ilin iyun ayından başlayaraq psixoloq Könül Telmanqızı və MİRAS İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Uşaqlar və biz” adlı xeyriyyə layihəsinə start verilir. Layihənin keçirilməsində əsas məqsəd kimsəsiz istedadlı uşaqları araşdırıb, onları ictimaiyyətə təqdim etmək, onların dünyagörüşünün hərtərəfli inkişafına köməklik etmək və onlara mənəvi dəstək olmaqdır. Layihə çərçivəsində uşaqlara müxtəlif təhsil və psixoloji kursların təşkil edilməsi nəzərdə tutulub.
“Uşaqlar və biz” silsiləsindən ilk tədbir 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunacaq. ABŞ-ın ölkəmizdəki səfirliyinin də dəstəyi ilə keçirilən ilk tədbir iyun ayının 2-də Abşeron rayonu Saray qəsəbəsi 7 saylı ağıldankəm uşaqlar üçün internat evində reallaşacaq.
Tədbirdə görkəmli incəsənət xadimi Murad Rzayevin rəhbərlik etdiyi “Qarabağ bülbülləri” ansamblının ifasında konsert proqramı nümayiş etdiriləcək.
Tədbirdə təhsil işçiləri, icra hakimiyyəti və qeyri-hökumət təşkilatları təmsilçiləri, ictimaiyyətin fəal nümayəndələrinin iştirakı gözlənilir.
1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.
Xeyriyəçilik fəaliyyəti insanlara məhəbbətdən, bəşəri dəyərlərə hörmətdən doğan bir hisdir. Hər birinizi bu tədbirə dəstək verməyə çağırırıq.
Kimsəsiz uşaqları sevincli görmək istəyən insanların hər birinə edə biləcəkləri yardımlara görə öncədən öz təşəkkürümüzü bildiririk.

Əlavə məlumat: MİRAS İctimai Birliyi

Facebook: http://www.facebook.com/event.php?eid=149610701773618&ref=ts

Tel : 012 439 30 48
051 506 31 56
055 827 20 17

Müəllif: Mukhtarov

11/05/1991 Azerbaijan, Blogger

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma