Togrul Muxtarov

Ən kasıb ölkədən tutmuş ən zəngin millətə qədər, istənilən cəmiyyətin irəli getməsi və inkişafı üçün açar- təhsildir. Təhsil şəxsiyyətin inkişafı üçün müthiş alətdir. Məhs təhsil sayəsində bir kəndlinin qızı həkim, şaxtyorun oğlu- şaxta direktoru və bir fəhlənin övladı isə böyük millətin prezidenti ola bilər.

Şirvan Xəzinəsinə Aparan Yollar

Bir şərh yazın

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi
Heritage Travel Turizm Şirkəti
SİZLƏRİ
dəvət edir:

ŞİRVAN XƏZİNƏSİNƏ APARAN YOLLAR
mədəni irs turları
1-ci gün: 
07.30 – Bakıda Şamaxı yolu (Şamaxinka) istiqamətindən hərəkət;
09.30 – Şamaxı Tarix Diyarşünaslıq Muzeyi
Şamaxı Tarix-Diyarşünaslıq Muzeyi 2009-cu ilin noyabr ayından yeni ekspozisiya ilə fəaliyyətə başlamışdır.

Şirvan Xəzinəsinə Aparan Yollar

Şirvan Xəzinəsinə Aparan Yollar

Ekspozisiya Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, tarix elmləri namizədi Fariz Xəlillinin layihəsi əsasında hazırlanmışdır. Muzey 8 zaldan və 1 kinozaldan ibarətdir. Zallar Diyarşünaslıq, Qədim Şamaxı, Şirvanşahlar, Səfəvilər və Şirvan xanlığı, Şamaxı XIX əsrdə, Cümhuriyyət dövründə Şamaxı, Sovet Şamaxısı, Müasir Şamaxı bölmələrindən ibarətdir. Şamaxı tarixinə dair film Alim Qasımovun ifasında Şirvan şikəstəsi sədası altında İlham Namiqkamalın səsləndirməsi ilə təqdim olunur. Muzeyin bütün ekspozisiyasını əhatə edən kataloqu da vardır…

10.30 – Şamaxıdan Ağsuya hərəkət
10.50 – Ağsu dolaylarında qəlyanaltı, Mingəçevir restoranı
11.50 – Ağsu sərgi kompleksinə hərəkət
12.30 – Ağsu sərgi kompleksinə baxış
13.30 – Arxeoloji qazıntılara qoşulmaq
15.00 – Sərgi kompleksindən yola düşmək
15.40 – Ağsu dolaylarında nahar, Mingəçevir restoranı
17.00 – Ağsu dolaylarından Qaya istirahət kompleksinə hərəkət
18.30 – Qaya istirahət kompleksi: göl ətrafında istirahət, təbiət gəzintisi, meydançada futbol və ya voleybol oynamaq və s. (istəyə görə). Gecələmə
2-ci gün:
07.30 – Qaya istirahət kompleksində səhər yeməyi
08.30 – Lahıca yola düşmək
10.00 – Lahıcda gəzinti, məhəllələrlə, Tarix-Diyarşünaslıq Muzeyi, emalatxanalarda işlə tanışlıq, məscidlər və hamamlar… bazarlıq
14.00 – Qaya istirahət kompleksində nahar
15.30 – Basqala hərəkət
16.30 – Basqalda kəlağayı emalatxanası ilə tanışlıq
17.30 – Basqaldan Bakıya hərəkət
20.00 – Bakıda Şamaxı yolu (Şamaxinka) istiqamətinə çatmaq
Paketə daxil olan xidmətlər – 45 manat
Kənar xərclərlə birlikdə – 70 manat
Paketə daxil olan xidmətlər
Avtobus
1 gecəlik qalmaq
1 səhər yeməyi
Bələdçilik
Muzeylərə giriş
Kənar xərclər
1 qəlyanaltı
3 nahar
Digər xərclər
Turlar tura yazılan adam sayına görə 12-16 nəfər olduqda mini avtobus, 26-30 nəfər olduqda lüks kiçik avtobus, 40-46 nəfər olduqda iri avtobuslarla həyata keçirilir.
Əgər tur baş tutmasa 1 gün əvvəlcədən məlumat verilir.
İlk tur 30 aprel – 1 may tarixinə nəzərdə tutulur.
Yazılmaq istəyənlər Heritage Travel Turizm Şirkətinə müraciət etsinlər.
Tel: (012) 439 30 48
Mob: 050 357 64 97
Facebook event:

Müəllif: Mukhtarov

11/05/1991 Azerbaijan, Blogger

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma