Togrul Muxtarov

Ən kasıb ölkədən tutmuş ən zəngin millətə qədər, istənilən cəmiyyətin irəli getməsi və inkişafı üçün açar- təhsildir. Təhsil şəxsiyyətin inkişafı üçün müthiş alətdir. Məhs təhsil sayəsində bir kəndlinin qızı həkim, şaxtyorun oğlu- şaxta direktoru və bir fəhlənin övladı isə böyük millətin prezidenti ola bilər.

Atama məktub 9-ci hissə

3 Şərh

Atama məktub

Atama məktub

Salam Atam!

Halını sormayım mən də yaxşı deyiləm , bilmirəm nədəndi ama indi çox sıxılıram, divarlar üzərimə gəlir, elə bil hə şey daha aqressiv mənə tərəf yönəlib inan ki, heç bu qədər özümü tək hiss etməmişdim.

Bilirəm ki, yazmadığıma görə incimirsən , bilirəm ki, sən məni çox istəyirsən ama mən də bircə onu bilirəm ki, mən sənsiz artıq dözə bilmirəm!

Çox qəribədi ilər nə tez keçir, həyat nə tez hər bir yaranını üzərini bağlamağa çalışır??

Bu suallar məni artıq bezdirib, axı niyə mən də hə kəs kimi ola bilmirəm?? Axı niyə mən də hər bir şeyə adi bir hal kimi baxa bilmirəm ?? və ən əsası mən niyə reallıqları qəbul etmək istəmirəm??

Offf bezdim çətindi çox çətindi yaşamaq da, yaratmaq da, ölmək də…

Soruşa bilərlər niyə məhz bu gün sənə yazmağı qərara aldım axı mən sənə bu məktubu çoxdan yazmalı idim ki, sən məndən nigaran qalmıyasan .. Nigaran qalmıyasan ki, rayonda hər şey qaydasındadı guya ama elə deyil axırıncı yazdığım məktubdan biraz uzaqlaşıram daha doğrusu axırıncı yazdığım məktubda olan hadisələrdən biraz yaxın olan hadisələrə qayıdıram…

Ona görə yaxın zamanda olanları yazıram ki, növbəti məktubumda olan o boşluğu doldurum və o zaman olanları yazım …

Atam bu gün xüsusi gündü Sənin üçün, Anam üçün , Bacı üçün və eləcə də mənim üçün…

Artıq aradan 4 il keçir və eləcədə 52 il keçir…

Bgün sənin 52 yaşın tamam olacaqdı əgər sən mənimlə və ailəmizlə olsayın , bu gün sənə xüsusi bir gün olacaqdı əgər sən 4 ilo bundan qabaq getməsəydin və bu gün səninçün xüsusi gün olacaqdı sevdiklərindən biri yanında olmazdı…

Bu sənin ən çox sevdiyin Bacın olacaqdı o da artıq səninlədir və siz ikiniz də bizləri tərk etdiniz nəyə görə və niyəsini artıq o barədə sonra sənə yazacam indi isə Sənə doğum günü Hədiyyəsi vermək istərdim.

Bu mənim uğurlarım idi ki, hansı ki sən onlardan xəbərsizsən, hansı ki bu uğurlarımı mən tək və sənsiz qazanmışam.. bu yalnız szilər üçündü atam sizlər üçün…

Mən Ailəmizi düşünərək hər bir əziyyətə qarşı durdum , hər bir əziyyətən keçdim, yolumun qarşısını kəsənlər də oldu ama, hərdən büdrədim ama yorulmadım və mən yenə də irəliyə doğru addımlamağa başladım …

4 il kimlər üçünsə adi görünə bilər ama bu illər mənim bütün həyatım boyu yaddan çıxmaz uzun əsrlərə bərabərdir. Hansı ki bu illər ərzində dostu, düşməni , yoldaşı və sözün əsl mənasında doğru və yalanın nə olduğunu hiss etdim və duydum. Anladım ki mənə məndən başqa heç kim gərək deyil və mənə sən və ailəmizdən başqa heç kim gərək deyil bu sözləri indi sənə yazmaqda məni məcbur edən sən getikdən sonra doğmalarımın belə bizlərə və mənə üz döndərməsiyi…

Doğum günüdü səni çox yormaq istəməzdim ama bunları deməliyəm

BİLMİRƏM NƏ QƏDƏR YAŞAYACAM VƏ BİLMİRƏM BU HƏYATDA DAHA NƏLƏR GÖRƏCƏM AMA ƏZİZ ATAM MƏN SƏNİ ÇOX İSTƏYİRƏM TƏKRAR EDİRƏM MƏN SƏNİ LAP ÇOX İSTƏYİRƏM…

Ardı var

Fikirlərinizi yazmağı unutmayın

Müəllif: Mukhtarov

11/05/1991 Azerbaijan, Blogger

Atama məktub 9-ci hissə” üçün 3 cavab

  1. qaqam ellerine sagliq

  2. :((( Togrul yene meni kovreltdin:((( Allah yerlerini nurla dolu etsin:( Her zaman inkshaf et ki, yaninda olmasada ata amma gorur seni!!Ugurlar

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma