Togrul Muxtarov

Ən kasıb ölkədən tutmuş ən zəngin millətə qədər, istənilən cəmiyyətin irəli getməsi və inkişafı üçün açar- təhsildir. Təhsil şəxsiyyətin inkişafı üçün müthiş alətdir. Məhs təhsil sayəsində bir kəndlinin qızı həkim, şaxtyorun oğlu- şaxta direktoru və bir fəhlənin övladı isə böyük millətin prezidenti ola bilər.

Artemida Məbədi

Bir şərh yazın

Bizanslı FilonBabilin Asma Bağlarını, Olimpdə Zevsin heykəliniRodos Nəhəngini, yüksək Misir Piramidaların qüdrətini və Mausoleusun məzarını gördüm. Amma buludlara doğru ucalan Efesdəki məbədi gördükdə, digərlərinin hamısının kölgədə qaldığını hiss etdim” deyə yazmışdır.

Tanrı Artemis adına ilk türbə M.Ö. 800-cü illərdə Efesdəki nəhrin yaxınlığındakı bataqlıq sahildə qurulmuşdur. Bəzən Diana da deyilən Efes tanrısı Artemis, yunan Artemisi ilə eyni deyildir. Yunan Artemisi ov tanrısıydı. Efes Artemisi isə belindən çiyinlərinə qədər bərəkət və doğruluq tanrısıydı.

Bu qədim məbəddə tamamilə yupiterdən düşən bir meteorit olduğu təxmin olunan müqəddəs bir daş vardı. Məbəd, sonrakı yüzilliklərdə bir neçə dəfə dağıdılmış və yenidən inşa edilmişdir. M.Ö. 600-ci illərdə Efes böyük bir ticarət limanı şəhərinə çevrildi və Chersiphron adlı bir memar yüksək daş sütünları olan yeni və böyük bir məbəd inşa etdi.

Lidya kralı Croesus, M.Ö. 550-ci ildə də Efesi ve Anadoludakı digər yunan şəhərlərini fəth etdi. Bu döyüş zamanı məbəd dağıdıldı. Croesus, memarTheodorusa əvvəlkilərin hamısını kölgədə qoyan yeni bir məbəd tikdirdi. Yeni məbəd əvvəlkindən 4 mərtəbə, 90 metrə yüksəklikdə ve 45 metrə enlikdə böyük idi. Məbədin damı yüzdən çox daş sütunla dəstəklənirdi.

M.Ö. 356-cı ildə Herostratus adlı biri tərəfindən törədilən yanğın nəticəsində yanıb dağılır. Bundan qısa zaman sonra isə dövrünün ən tanınmış heykəltəraşı olan Skopaslı Paros tərəfindən yeni bir məbəd tikilir. Romalı tarixçi Plinyə görə yeni məbəd 130 metrə uzunluqda və 68 metrə enlikdə idi. Tavanı, yüksəkliyi 18 metrə olan 127 ədət sütun dəstəkləyirdi. İnşaat 120 il sürmüşdü. Makedoniyalı İsgəndər M.Ö. 333-cü ildə Efesə gələndə məbədin inşası hələ də davam edirdi. Yeni məbəd, yunan məbədləri içərisində o zamana qədər tikilən ən böyük tikinti idi. Məbədin başqa xüsussiyyəti onun tamamilə mərmərdən tikilməsi idi.

Eramızın 57-ci ilində Müqqəddəs Paul xristianlığı yaymaq üçün Efesə gəldi. O, o qədər uğurlu oldu ki bundan sonra şəhərin dəmirçisi ve məbəddəki heykəllərin sahiblərindən birisi olan Demetrius böyük bir qorxuya düşdü. Çünkü Demetrius məbəddəki heykəllərin bir qisminin sahibiydi və hər il məbədə hacca gələnlərdən yaxşı bir gəliri vardı ve insanların dinini dəyişdirməsi demək olar ki onun qazancını əlindən alırdı.

Digər insanları da ətrafına yığan Demetrius həyəcanla və “Yaşasın Efeslilərin Artemisi” deyərək bütün xalqı öz ətrafına toplayır və dərhal Müqəddəs Paulun yardımcılarından ikisini tuturlar. Bunun ardınca üsyan baş verir. Nəticədə Müqəddəs Paul tutulmuş köməkçiləri ilə birlikdə Makedoniyayaqayıdır.

262-ci ildə Gotların basqınları zamanı böyük Artemis məbədi yandırılıb dağıdılır. Yüz ildən sonra Roma İmparatoru Konstantin şəhəri yenidən inşa etdirdi. Ancaq Xristian olduğu üçün məbədi berpa etdirmir. Konstantinin cəhdlərinə rəğmən Efes əvvəlki günlərinə qayıda bilmir. Çünkü gəmilərin saxlandığı liman yoxa çıxmışdı. Zamanla şəhər sakinləri şəhəri tərk edirdilər. Məbədin qalıqları başqa tikintilərdə və heykəllərin tikintisində istifadə olunurdu.

John Turtle Wood 1863-ci ildə məbədi araşdırmağa başladı. 1869-cu ildə 6 metrə dərinlikdə, palçığın içində məbədin sütunlarını tapır. Tapdığı bəzi heykəlləri və bəzi qalıqları Britaniya Muzeyinə aparır. 1904-cü ildə də yenə həmən muzeydən D. G. Hograthın başçılığı altında bir qrup qazıntıları davam etdirir. Və ərazidə bir-birinin üzərində tikilmiş 5 qalıq tapırlar.

Bu gün gələn turistlərə məbədin yerini göstərmək üçün bataqlıq vəziyyətində olan bölgəyə sadəcə bir sütün basdırılmışdır. Qollarını iki yana açmış, düz duran bir tanrının yunan üslubuna oxşamayan bir tərzdə tikilmiş məşhur Artemis heykəlinin qalıqları dövrümüzə qədər gəlib çatmışdır.

Müəllif: Mukhtarov

11/05/1991 Azerbaijan, Blogger

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma