Togrul Muxtarov

Ən kasıb ölkədən tutmuş ən zəngin millətə qədər, istənilən cəmiyyətin irəli getməsi və inkişafı üçün açar- təhsildir. Təhsil şəxsiyyətin inkişafı üçün müthiş alətdir. Məhs təhsil sayəsində bir kəndlinin qızı həkim, şaxtyorun oğlu- şaxta direktoru və bir fəhlənin övladı isə böyük millətin prezidenti ola bilər.

Keçsə belə unutma!

Bir şərh yazın

Əziz dostlarım hamımız bir azərbaycanlı kimi 26 fevral Xocalı soyqırımının olduğunu çox gözəl bilirik.  Hamımız həmin gün bir neçə saatlıq matəm tutruq və bunu bütün KİV-lər də yayımlayır ama bu sizcə yetərlidir???


Xeyr bu yetərli deyil mən həmin günü blogumda heç bir informasiya yazmadım Xocalı ilə bağlı bu o demək deyil ki, mən bunu bacarmadım sadəcə mən fikirlərimi yalnız həmin gün çatdırmaq istəmirdim Xocalının yanız ildə 1 dəfə yadımıza düşdüyünü çatdırmaq istəmirdim, istəyirdim ki bu sözləri oxuyan hər bir dostum vaxtından, zamanından asılı olmayaraq Xocalını yadına salsın və bunu heç bir zaman UNUTMASIN! 

UNUTMADIQ UNUTDURMARIQ adı altında aksiyaya başladıq İrəli İctimai Birliyinin üzvləriynən məqsəd isə dünyaya mesajımızı bu yolla çatdırmaq idi. fikrimcə də çatdırdıq. Xocalıda baş verənlər hər birimizin başına real olaraq gələ biləcək hadisələr idi ona görə də Şimaldan və ya Cənubdan, Şərqdən və ya Qərbdən olmağımızdan asılı olmayaraq biz aAzərbaycanlıyıq ona görə də həmin gün yalnız Xocalı üçün yaşayırdıq və bunun üçün nə desələr  belə biz gənclər etməyə hazır idik. Qarşımıza çıxan bəzi xırda şeyləri nəzərə almasaq ümumilikdə həqiqət mesajımızı hər kəsə aydınlada və anlatmağa çalışdıq.

Axşam evə qayıdarkən maşurutda yaşlı bir kişinin sürücü ilə dalaşdığının şahidi oldum Yaşlı 26 fevralın matəm olduğunu sürücüyə anlatmağa çalışırdı əsl səbəb isə radiyoda gedən mahnının olması idi cavan sürücü nə edəcəyini bilmədiyi üçün qocaya  ” Mən neyləyim radiyodu da mahnı verməsinlər biz də qulaq asmayaq ” deyərək izah etməyə çalışırdı fikrimcə burda sürücünün az da olsa günahı var idi ama əsl günah doğurdan da Radiyoda idi bu qədər insafsızlıq və bu qədər də xalqına laqeyd bir radiyonun olamsı nə dərəcədə reallığa uyğun gəlir anlamağa çalışıram.

Dostlar yəqin fikirlərimin bir qismini sizə çatdıra bildim odur ki, bu günləri təkcə vaxtı gələndə deyil hər zaman yada salmaq gərəkdir!

Oxuduğunuza görə təşəkkürümü bildirirəm!

Fikirlərinizi bizimlə bölüşməyi unutmayın!

Müəllif: Mukhtarov

11/05/1991 Azerbaijan, Blogger

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma