Togrul Muxtarov

Ən kasıb ölkədən tutmuş ən zəngin millətə qədər, istənilən cəmiyyətin irəli getməsi və inkişafı üçün açar- təhsildir. Təhsil şəxsiyyətin inkişafı üçün müthiş alətdir. Məhs təhsil sayəsində bir kəndlinin qızı həkim, şaxtyorun oğlu- şaxta direktoru və bir fəhlənin övladı isə böyük millətin prezidenti ola bilər.

Görəsən bilirikmi?

1 Şərh

Maraqlı reklamlar, maraqlı hadisələr və ən əsası maraqlı dostlar bu üçünü bir arada toplayan Facebook sosial şəbəkəsi özü də maraqlı qurulub. Facebook-un tarixçəsini biləndə maraqlı gəldi mənə və istədim ki, bilməyən dostlarım da bunu bilsinlər, elə isə oxuyun DİQQƏTLƏ OXUYUN🙂


 

2004 – cü ilin fevral ayında Harvard Universitetinin tələbəsi Mark Stukerberq sosial Facebook şəbəkəsinin yaratmaq fikrinə düşdü. Yeni sayt Harvard Universiteti tələbələrinin görüş yeri kimi hazırlanmışdı. Bununla yanaşı aktiv iştirakçıların sayı 66 milyonu aşmışdı və illik satışlar təxminən 150 milyon dollar olurdu. Yeni Facebook şəbəkəsinin durmadan sürətli inkişafı və onun məşhurluğu Markı universiteti tərk etməyə sövq etdi. Bu gənc layihəyə ilk olaraq Piter Til investisiya qoydu, daha sonra ödəmə sistemi olan PayPal – la əməkdaşlıq etməyə başladı. Bütün bunlara o, 500 min dollar vəsait qoydu. Bununla durmadan irəliləmə də əldə edildi. Keçən ilin oktyabırında Microsoft Facebook – un 1,6% səhimini 240 milyon dollara aldı. Bu qiymətə həm də 2011 – ci ilə kimi Facebookda edilən reklam xidmətləri də daxildir. Bugün Facebook – un dəyəri bir neçə faktlara görə 15 milyard dollar həcmindədir. Mark Stukerberq 27% səhmə sahibdir və 4 milyard dolların rəhbərliyi ona aid edilir. Keçən il AvtaVAZ – ın Renault – la etdiyi müqavilə ilə müqayisədə burdan əldə edilən gəlir 4,5 milyard dollardır ki, bu da bir az artıq edir.

Forbes jurnalı bir çox tənqidçilərin və Facebook investorlarından fərqli olaraq 1,5 milyard dollarlıq mülklə dünya siyahısında 785 – ci yeri tuturudu. Lakin bütün bunlara baxmayaraq, Mark yenə də dünyanın ən gənc milyarderi hesab olunur.

Facebook Azərbaycan Dilində

Facebook-un Azərbaydan dilinə tərcüməsi 2008-ci ilin yay aylarından başlanılıb. Ilk vaxtlarda həvəskarların aktiv olduğu tərcümə prosesinə sonradan xaricdə yaşayan və təhsil alan gənclər də qoşuldular. 3 mərhələdən ibarət olan tərcümə prosesinin ilk mərhələsində yalnız lüğət tərcümə olundu və səsvermə nəticəsində lüğət qəbul olundu. Ikinci mərhələdə Facebook-un özü tərcümə olundu. Bu mərhələ hələ də başa çatmasa belə, artıq 2 Oktyabr 2009-cu il tarixindən etibarən sayt rəsmi olaraq Azərbaycan dilində də fəaliyyət göstərir. İstifadəçilər Hesab Tənzimləmələrindən Dil bölməsində müvafiq olaraq Azərbaycan dilini seçməklə Facebook-u bu dildə istifadə edə bilərlər. Tərcümə prosesində indiyə qədər 556 Facebook istifadəçisi müxtəlif səviyyədə və müxtəlif formada iştirak edib. Bununla belə, bunlardan yalnız 10 nəfəri 1000-dən çox tərcüməyə malikdir (Elşən Həsənov (27634 söz), Turan Kərimli(6536 söz), Tural Məmmədov(9312 söz), Firudin Allahverdi, Azər Zeynallı, Cavid Yaqubəli, Günel Mahmudova, Emil Əhmədov, Musa Pünhan və Kamran Hüseynzadə) 

Tərcümə işinə yardım etmək məqsədilə Facebook-da bir sıra qruplar da yaradılmışdır. “ Facebook-u Azərbaycan dilinə tərcümə edək!” və “ Facebook should be in Azeri Language” bu sahədə ən əsas qruplardandır. Turan Kərimli tərəfindən idarə olunan “ Facebook-u Azərbaycan dilinə tərcümə edək!” qrupunda mütəmadi olaraq tərcümə prosesi barəsində məlumatlar yayımlanır. Qrup tərcümə prosesinə daha çox tərcüməçi cəlb etməsi və müzakirələrə tərcümə prosesində iştirak etmiyənlərin də cəlb edilməsinə nail olub.

“Facebook” “Translations Apps” tətbiqetməsi çərçivəsində istifadəçilər xidməti səhifələrin mətnlərini və saytın menyusunu tərcümə edir, administrasiya isə tərcümənin nəticələrini yoxlayır və üslubun dəyişilməz qalmasına nəzarət edir. İnterfeysin ayrı-ayrı elementlərinin ən yaxşı variantları səsvermə yolu ilə müəyyən olunur.

Türklər demişkən ” İştə bu nasıl dərlər VAY CANINA:) “

Fikirlərinizi bildirməyi unutmayın🙂

Müəllif: Mukhtarov

11/05/1991 Azerbaijan, Blogger

Görəsən bilirikmi?” üçün bir cavab

  1. Togrul men teklif ederdim ki Facebook in Azeri daha da tekmilleshmish olsun.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma