Togrul Muxtarov

Ən kasıb ölkədən tutmuş ən zəngin millətə qədər, istənilən cəmiyyətin irəli getməsi və inkişafı üçün açar- təhsildir. Təhsil şəxsiyyətin inkişafı üçün müthiş alətdir. Məhs təhsil sayəsində bir kəndlinin qızı həkim, şaxtyorun oğlu- şaxta direktoru və bir fəhlənin övladı isə böyük millətin prezidenti ola bilər.

BLOG? Görəsən necə şeydi…

Bir şərh yazın

🙂 Dostlar respublikamızda bir çox gənclərinin bilmədiyi internet resursları mən deyərdim ki, var çoxlarının bundan heç xəbəri belə yoxdu ama mən istərdim ki inkişaf etmiş ölkələrdə olduğu kimi vətənimizdə yəni Azərbaycanımızda da bu cür yəni BLOG -dan istifadə edənlərin sayı çox olsun . İlk öncə BLOG-un nə olduğunu bilək…


Bloq – (ing. blog sözü olub, mənası: şəbəkə jurnalı və ya hadisələr gündəliyi) fərdi jurnal olub, informasiyanı, fikirləri, şərhləri və müxtəlif tipli hiper əlaqələri özündə toplayan veb-saytdır.İngilis dilindəki “web“ və “log” sözlərinin birləşməsindən ‎alınan “weblog“ sözlüyünün zamanla təhrif olunmuş formasıdır. Bloqçu (blogger)- bloq yaradan insandır. ‎ 2002-ci ilin noyabr ayında tanınmış sahiblar Devid Sifri (David Sifry) tərəfindən boqlar üçün ilk axtarış sistemi – Technorati yaradıldı. Bloq, əsasən yenidən köhnəyə doğru sıralanmış yazıların və şərhlərin yayınlandığı bir saytdır. Demək ‎olar ki, bloq saytlarındakı şərhlər həmin bloqun əsas hərəkətverici qüvvəsidir. Şərhlərin sayəsində ‎bloq müəllifi ilə oxuyucular arasında rabitə yaranır. Zaman keçdikcə bloqlarda yazılardan əlavə ‎video, mp3, kiçik chat pəncərəsi və s. bir çox yeniliklər də mövcud olmağa başlamışdır. ‎

Bloqlar internet istifadəçiləri arasında fikir, məlumat mubadiləsinin artmasında çox əhəmiyyətlidir. ‎Fikir və düşüncələrlə yanaşı bəzi materialların və məlumatların paylanmasında da rol oynayır. ‎Xaricdə bir çox siyasətçilər, dövlət adamları, müğənnilər və cəmiyyətin digər yüksək kateqoriyalarına ‎daxil olan insanlar öz fikir və amallarını, gündəlik həyat tərzlərini öz sevdiklərinə çox vaxt bloqlar ‎vasitəsiylə həyata keçirmişlər. Və daha sonradan isə bloq sistemi yayılaraq hər bir insana öz sözünü ‎deməyə şərait yaratdı. Bloq hər bir kəsə cəmiyyətdə çox fəal olmağa kömək edən vasitələrdən biridir. ‎ Bloqdakı yazıların necəliyi onu yazanın, yəni müəllifinin maraq dairəsinə görə təşkil olunur. Yəni ‎bloglarda hər sahə üzrə yazılar və maraqlı məlumat, materiallara rast gəlmək olar. ‎ Bloqlar əksər vaxtlarda şəxsi olaraq fəaliyyət göstərir, yəni ki, bir tək müəllifə aid olur. Bəzən isə qrup ‎şəklində, bir necə müəllif tərəfindən yazılar yazılır.‎

Advertising Age jurnalının verdiyi məlumata görə, hal hazırda ABŞ-da internet bloqlarının aktiv oxuyucu sayı Amerikanın bütün əhalisinin ¼-ni təşkil edərək 35 milyonu ötüb. Bloqlarda olan məlumatların oxunmasına onların hər biri həftədə 3.5 saat vaxt sərf edir ki, bu da ümumi iş vaxtının təxminən 9%-ni təşkil edir.

Çində xüsusi qanun ilə “anonim” bloqların yaradılması qadağan olunub. Bu qanuna görə, bloq sahibi özlərinə ləqəb seçə bilərlər, ancaq bağlı olduqları serverlərin müdiriyyətinə əsl adlarını bildirməlidirlər.

Bax belə indi necə istərdiniz BLOG-unuz olsun ????🙂 Məncə hə cavabı olacaqdır

Fikirlərinizi bildirməyi unutmayın

Müəllif: Mukhtarov

11/05/1991 Azerbaijan, Blogger

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma