Togrul Muxtarov

Ən kasıb ölkədən tutmuş ən zəngin millətə qədər, istənilən cəmiyyətin irəli getməsi və inkişafı üçün açar- təhsildir. Təhsil şəxsiyyətin inkişafı üçün müthiş alətdir. Məhs təhsil sayəsində bir kəndlinin qızı həkim, şaxtyorun oğlu- şaxta direktoru və bir fəhlənin övladı isə böyük millətin prezidenti ola bilər.

Bu günün nə olduğun bilirikmi?

6 Şərh

Çoxlarımız 14 fevral Sevgililər günü kimi qeyd edir ama o çoxlarımızın bu gündən bəlkə də heç xəbəri yoxdur elə isə yaxşıca oxuyun və bilin bu günün tarixini

Bu gün haradan gəlib?

Sevgilər gününün başlanğıc tarixi qədim Roma imperatorluğuna qədər uzanır. Qədim Romada 14 fevral günü bütün Roma xalqı üçün önəmli bir gün idi. Çünki bu gündə Roma “tanrı”larının kraliçası olan Junoya duyulan hörmətdən dolayı tətil olardı. Juno həm də Roma xalqı tərəfindən qadınlıq və evlilik “tanrı”sı olaraq da bilinirdi. 15 mart tarixində isə Luperkalia bayramı başlayırdı.

Bu bayram, xalqın gəncləri üçün böyük önəm daşıyırdı. Hansı gənc oğlanın hansısa bir qızla bir yerdə olacağı Luperkalia bayramında bəlli olurdu.

Romalı gənc qızlar adlarını kiçik bir kağıza yazıb bir qabın içərisinə atırdılar. Oğlanlar isə oradan adlardan birini götürərdilər. Beləliklə də, bu bayramı adı kağızda yazılan həmin qızla bir yerdə keçirərdilər. Bir yerdə olan gənclərdən bir çoxları bayramdan sonra ailə qurardılar.

Roma imperatoru 2-ci Kladius Romanı öz qanunları ilə idarə edən zalım bir hökmdar idi. Ordusu üçün savaşan əsgər tapmaq onun üçün ən böyük bir problem idi. İmperatora görə, buna səbəb romalı kişilərin sevdiklərini və ailələrini tərk etməmək istəkləri idi.

Buna görə də, o, Romadakı bütün evlilikləri ortadan qaldırdı. Valentin də o zaman Romada yaşayan bir rahib idi. Özü kimi bir rahib olan Marius ilə birlikdə, imperatorun qadağasına baxmayaraq, gəncləri evləndirməyə gizlicə davam edirdilər. Bir müddət sonra imperatora bu xəbər gəlib çatır. Gəncləri evləndirdiyinə görə Valentin həbs edilir və sonra öldürülür. Miladdan sonra 269-cu il 14 fevralında Valentinin dəfni olur. Bu ərəfədə bütpərəstlər Romada fevral ayında öz “tanrı”ları üçün qeyd edilən Luperkalia bayramını keçirirdilər.

Xristian kilsəsinin ilk qurulduğu dövrlərdə xidmət edən rahiblər, bu mərasimlərdən, xüsusilə də evlənməmiş gənclərin bütpərəstlərlə birlikdə xatırlanmasından rahatsız olduqları üçün bir çıxış yolu tapdılar. Luperkalianın başladığı günü “Valentin günü” olaraq bayram etməyə başladılar

Azərbaycamnda isə SEVİGİLİLƏR GÜNÜ 30 İyunda keçirilir artıq 6 ildir ki bu belədir, ölkədə qeyd olunan bu günün tarixi 1990-cı il 20 yanvar faciəsi zamanı həlak olan İlham və onun yoxluğuna dözə bilməyərək özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günü ilə əlaqədardır. Bu, sevginin, sədaqətin, cəsarətin göstəricisi sayılır və bütün sevgililərə əbədi örnək ola biləcək İlham və Fərizənin toy günü- 30 iyun tarixi Azərbaycan sevgililər günü kimi keçirilir.


Hər bir cəmiyyətin sevgi üzərində qurulduğu nəzərə alınarsa, orada iki insanın bu hisslərini təntənəli şəkildə qeyd edə bilməsi üçün müəyyən bir tarixi günün olması çox vacibdir. Yəqin ki, çoxlarının fikrinə fevralın 14-ü- Valentin günü kimi keçirilən bayram gəlir. Amma biz artıq altı ildir ki, iyunun 30-da milli sevgililər gününü qeyd edirik.

İndi özünüz seçin hansı əsl sevgililər günüdür.

Fikirlərinizi paylaşmağı unutmayın

Müəllif: Mukhtarov

11/05/1991 Azerbaijan, Blogger

Bu günün nə olduğun bilirikmi?” üçün 6 cavab

  1. Umud ediremki iller sonra Azerbaycanda Valentin gunu olan bu gunu sevgililer qeyd etmeyecek.Deye bilmezsiniz bu gun texminen nece olkede kecirilir?

  2. cox maraqlidir, tesekkur yerlesdirdiyin ucun. Menim ucun ferq etmir valentin gunu ve yaxud da 30 iyun menim ucun en adi gunlerden biri olur hemin gunler.)))

  3. mence 14 fevral duzdu….o daha evvel olub

  4. Əslində hər bir müsəlman üçün (tebii ki kim özünü müsəlman hesab eləyir) bu “gün” bir yad elementdir. Deməli biz özümüz dərk edərək xristian adət ənənələrini qəbul edirik, deməli xristianlaşırıq. Onda gəlin özümüzə “mən də müsəlmanam” deməyək. Digər tərəfdən sevən insan sevdiyini sevgilisinə hər hansı bir gün də deyil hər gün bildirməli və tez-tez hədiyyələşməlidir. Bu haqda çox söz demək olar amma cahillər üçün nə fayda…..

  5. Demek olar ki butun xristian olkeleri bu bayrami ke4irir🙂

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma