Togrul Muxtarov

Ən kasıb ölkədən tutmuş ən zəngin millətə qədər, istənilən cəmiyyətin irəli getməsi və inkişafı üçün açar- təhsildir. Təhsil şəxsiyyətin inkişafı üçün müthiş alətdir. Məhs təhsil sayəsində bir kəndlinin qızı həkim, şaxtyorun oğlu- şaxta direktoru və bir fəhlənin övladı isə böyük millətin prezidenti ola bilər.

Qazlı su insan bədənində insult yaradır.

Bir şərh yazın

Qazlı su insan bədənində insult yaradır.ABŞ-ın Luiziana Ştatının alimləri bu qənaətə gəliblər.Alimlər bildirir ki, indiyədək belə suların orqanizmə bir sıra zərəri müəyyənləşdirilsə də,onun qan təzyiqinə necə təsir göstərməsinə dair araşdırma ilk dəfə aparılıb:Araşdırma göstərib ki,insanlar şəkərli və qazlı su içməyi azaltsa, bu,onların qan təzyiqinin aşağı olması ilə nəticələnəcək.

Amma bir nəfər gündə 2 stəkan belə su içərsə,onda hipertoniya və hətta insult ola bilər”

Tibb elmləri doktoru,professor Adil Qeybulla  açıqlamasında bildirib ki, nəzərdə tutulan qazlı su içməklə həzm prosesində bədənə daxil olan sulardır.Çünki orqanizmə daxil olan qazlı suları iki yerə bölmək olar – həzm prosesində sovrulan və birbaşa venaya yeridilən qazlı sular var. Azonlaşmış mayelər də, yəni, tərkibcə qana yaxın olan və qanəvəzedici maddələr azonlaşdırılaraq birbaşa qana vurula bilər.Azon qanda yaxşı həll olduğuna görə, orada problem yaranmır. Dünyada bu üsul bədənin oksigenləşməsi üçün istifadə olunan bir üsuldur.Onun sözlərinə görə, burada içmək yolu ilə bədənə gedən qazlı suların embolizasiya yaratmağı nəzərdə tutulur: “Qazlı su bu təzyiqi qaldıra bilər, amma bu da təzyiqi qaldıran mexanizm kimi izah oluna bilməz.Həzm zamanı qazın xeyli hissəsi buxarlanır, maye soyularkən də divaryanı həzm prosesi, sorulma gedir.Bu, molekulyar səviyyədə gedən prosesdir.Orada o qədər qaz toplanmalıdır ki, gəlib embol yaratsın və insulta çevrilsin”.

A.Qeybulla hesab edir ki, qəbul edilən qazlı su qana diffuziya eləmir.Onun qana diffuziya etməsi belə çətindir. Professorun dediyinə görə, təzyiqin əmələ gəlməsinin əsas səbəbi ateroskleroz və böyrəklərdə gedən iltihabi proseslərdir:Apelreskleroz qan damarlarının daralması ilə qanda xolostirilinin ara məhsularının çökməsi qan damarlarının daralması nəticəsində təzyiq artır.Buna hipertioniya deyilir.Bu, bir xəstəlikdir və əsas səbəbləri bilinmir.Apeleskreloz da burada bir fon xəstəliyi kimi çıxış edir.Yəni, yardımçı olan bir xəstəlikdir. Hipertoniyada genetik faktorun böyük bir rolu var.Belə baxanda qazlı suyu hamı içir, amma hipertoniya xəstəliyində genetik meyillilik daha güclüdür.Alimlərin fikrinin nəyə əsasnlanması barədə birmənalı söz deyə bilmərəm.Hər halda bugünki təbabətin nailiyyətlərini bu şəkildə yozmaq mümkün deyil”.
Zaman-zaman bu cür araşdırmalar, elm iddiaların olduğunu deyən A.Qeybulla hesab edir ki, bunun elmdə vətəndaş hüququ qazanmasını zaman və sonrakı təhqiqatlar göstərəcək: “Bir vaxtlar deyirdilər ki, akulanın qığırdağı xərçəng xəstəliyinin müalicəsində güclü dərmandır. Çünki akulada xərçəng törətmək mümkün olmur.Ancaq sonra məlum oldu ki, bu, desimulyasiyadan başqa bir şey deyil”.

Bilin ki,qazlı su insan orqanizminə nə qədər xeyri varsa bir o qədər ziyanı var.Bir çoxlarımız mədədə köpmə olanda,bəzən isə ürək bulanması olanda qazlı su içirik ki,onun qarşısını alsın.Lakin qazlı bunun orqanizmimiz üçün ziyanı olduğunu bilmirik.Amma bundan sonra yəqin ki,bir çoxlarımız bu vərdişlərdən əl çəkəcək.Bu hallar olanda qazlı sudan yox məhz orqanizmə ziyanı olmayan bir vasitədən istifadə edəcəklər.

Fikirlərinizi yazmağı unutmayın!

Müəllif: Mukhtarov

11/05/1991 Azerbaijan, Blogger

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma