Togrul Muxtarov

Ən kasıb ölkədən tutmuş ən zəngin millətə qədər, istənilən cəmiyyətin irəli getməsi və inkişafı üçün açar- təhsildir. Təhsil şəxsiyyətin inkişafı üçün müthiş alətdir. Məhs təhsil sayəsində bir kəndlinin qızı həkim, şaxtyorun oğlu- şaxta direktoru və bir fəhlənin övladı isə böyük millətin prezidenti ola bilər.

Guinnessin rekordlar kitabının yaranmasından və tarixindən xəbəriniz var?

Bir şərh yazın

İrlandiyadakı “Ginness” pivə zavodunun direktoru Xyu Biver 1951-ci il mayın 4-də tanışı ilə birlikdə ova çıxıb.
Ovda onların arasında qızılı cüllütün, yoxsa şotland tetra quşunun daha sürətlə uçması barədə mübahisə düşüb.
Həmin vaxt bu barədə soraq kitabı olmadığına görə, kimin haqlı olduğunu müəyyənləşdirmək mümkün olmayıb.
Bundan sonra ser Xyu qərara alıb ki, belə bir soraq kitabı tərtib etdirsin.


İdeyanı həyata keçirmək üçün o, bu işi Londonda məlumat agentliyi saxlayan Norris və Ross Makuirter qardaşlarına tapşırıb.

1954-cü ilin avqustunda soraq kitabının ilk variantı hazırlanıb və 1000 nüsxə pulsuz paylanıb.
Növbəti ilin avqust ayının 27-də isə 197 səhifəlik kitab pulla satılmağa başlayıb və Milad bayramı ərəfəsində İngiltərədə ən çox satılan kitablar siyahısında ön sırada olub.
1956-cı ildə rekordlar kitabı ABŞ-da 70 min nüxsə ilə satışa çıxarılıb.
Uzun illər kitabın hazırlanması Makuirterlərin əlində olub.
Onlar qeyri-adi biliyə və yaddaşa sahib idilər.
1975-ci ildə Ross Makuirter irlandiyalı terrorçu tərəfindən öldürüldükdən sonra nəşriyyata 1995-ci ilədək onun qardaşı rəhbərlik edib.

Qeyd edək ki, 1954-cü ildə birinci kitabın nəşri üçün pivə zavodunun sahibi tərəfindən “Guinness World Records Limited” şirkəti yaradılmışdı.
Sonradan kitabın çap hüququ bir neçə dəfə satılıb.

Nəhayət, 1995-ci ildə kitabın konsepsiyası (hər hansı bir hadisə haqqında görüş, əsas fikir) dəyişib.
Yalnız mətndən ibarət olan kitab şəkilli alboma çevrilib.
Albomun özü də rekorda imza atıb.
Hazırda “Ginnessin rekordlar kitabı” 100 milyon tirajla, 24 dildə çap olunur.
O, kitab ticarət tarixində ən uğurlu kommersiya nəşriyyatıdır.

Fikirlərinizi yazmağı unutmayın!


Müəllif: Mukhtarov

11/05/1991 Azerbaijan, Blogger

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma