Togrul Muxtarov

Ən kasıb ölkədən tutmuş ən zəngin millətə qədər, istənilən cəmiyyətin irəli getməsi və inkişafı üçün açar- təhsildir. Təhsil şəxsiyyətin inkişafı üçün müthiş alətdir. Məhs təhsil sayəsində bir kəndlinin qızı həkim, şaxtyorun oğlu- şaxta direktoru və bir fəhlənin övladı isə böyük millətin prezidenti ola bilər.

Yazırıq sevgidən

Bir şərh yazın

Yazırıq sevgidən ,
Yazırıq ancaq
Elə sətirlrdə alışırıq biz .
Məhəbbət olubdur oyun oyuncaq ,
Hansı məhəbbətdən danışırıq biz .

Odlara qalanmaq ötəri hissdir ,
Kəlmələr biçimli ,
Sözlər biçimli ………
Çoxları diplomsuz mütəxəsisdir ,
Eh , ürək aldatmaq bir su içimi .
Sevimmi ?!
Tərəddüd qət edə bilmir ,
Bəzən itiririk inam , ümüdi .
Ürək var duyğular fəth edə bilmir ,
Ürək var həndəsi fiqur kimidir .
Bir qəlbə girəndə boyalı sözlər ,
Görən öz sözünü ürək dedimi ?!
Axtarır ,
Axtarır ,
Axtarır gözlər ;
İşləyən bir saat kəfkiri kimi .

Təbəssümlər saxta , söz qiymətlidir ,
Yalanı yalanla alqışlayırlar .
Çoxları könüldən səxavətlidir ,
Hər qıza bir könül bağışlayirlar ….

Elə məhəbbətdən yazırıq ancaq
Elə sətirlərdə alışırıq biz .
Məhəbbət olubdur oyun – oyuncaq ;
Hansı məhəbbətdən danışırıq biz !

Nüsrət Kəsəmənli

Çox xaiş edərdim copy edəndə müəllif hüquqların qoruyasınız!

 

 

Müəllif: Mukhtarov

11/05/1991 Azerbaijan, Blogger

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma