Togrul Muxtarov

Ən kasıb ölkədən tutmuş ən zəngin millətə qədər, istənilən cəmiyyətin irəli getməsi və inkişafı üçün açar- təhsildir. Təhsil şəxsiyyətin inkişafı üçün müthiş alətdir. Məhs təhsil sayəsində bir kəndlinin qızı həkim, şaxtyorun oğlu- şaxta direktoru və bir fəhlənin övladı isə böyük millətin prezidenti ola bilər.

Nüsrət Kəsəmənli

Bir şərh yazın

Sən ağlama, ötəcəm

Özgələri gələcək

Sevgi dolu gözlərin

Özgəsinə güləcək.


***

Səndən yanan bu ürək

Xatirinə sönəcək

Min yol qovub çağırsan

Yenə geri dönəcək.

***

Ən çılpaq hisslərini

Özgələri görəcək

İndi tənha yatağıma

Günəş sənsiz gələcək.

***

Bədəninin odundan

Özgələri dinəcək

Qolların arasına

Özgələri girəcək.

***

Məni dadan gözlərin

Özgələrin yeyəcək

Yatağımdan qoxunu

Göz yaşlarım siləcək

***

Bəslədiyim gülləri

Kimin üçün dərəcək

Sənin üçün yaşadım

Sənin üçün öləcək.

***

Düşünmə ki dərdini

Başqaları çəkəcək

İnanma ki bu sevgi

Bir ömürda bitəcək.

***

Yaşım əyib belimi

Saçlarımı ütəcək

Səni gəzən dodağlar

Həsrətinda itəcək.

***

Həyat daha geridə

Ölüm üçün içəcəm

Bu dünyada nə gördüm

O birine keçəcəm.

***

Biri gəlib qalacağ

Biri gəlib gedəcək

Mən ki sənə az oldum

Özgəsimi yetəcək?

*******

Nüsrət Kəsəmənli

Çox xaiş edərdim copy edəndə müəllif hüquqların qoruyasınız!

 

Müəllif: Mukhtarov

11/05/1991 Azerbaijan, Blogger

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma