Togrul Muxtarov

Ən kasıb ölkədən tutmuş ən zəngin millətə qədər, istənilən cəmiyyətin irəli getməsi və inkişafı üçün açar- təhsildir. Təhsil şəxsiyyətin inkişafı üçün müthiş alətdir. Məhs təhsil sayəsində bir kəndlinin qızı həkim, şaxtyorun oğlu- şaxta direktoru və bir fəhlənin övladı isə böyük millətin prezidenti ola bilər.

Mənim o ağaca yazığım gəlir…

Bir şərh yazın

Bir yanı sıldırım ,
Bir yanı dağdır ,
Çılpaq qayalardan qorxu boylanır .
O tənha ağacdan meşə uzaqdır ,


Bir kol həsrətilə alışıb yanır .
Küləklə döyüşür çılpaq budaqlar .
Gövdəsi torpaqdan cadar – cadardır .
Sözlü dodağıdır seyrək yarpaqlar ,
Dindirsən ,
Dərdli bir fəryadı vardır .
Hər gün budağında bir yarpaq ölür ,
Mənim o ağaca yazığım gəlir .

Yanına bir cığır ,
bir iz gəlməyir ,
Qara kölgəsindən qorxur o ağac ,
Bir ocaq oduna həris gəlməyir ,
Boylanıb yollara baxır o ağac .
Görüş yerinə də ünvan olmadı ,
Adını kim isə gizlicə ana .
Ondan istilik də uman olmadı ,
Soyuq bir gecədə tonqalda yana .
O ağac nə çəkir tənhalar bilir ,
Mənim o ağaca yazığım gəlir .

Nüsrət Kəsəmənli

Çox xaiş edərdim copy edəndə müəllif hüquqların qoruyasınız!

 

 

Müəllif: Mukhtarov

11/05/1991 Azerbaijan, Blogger

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma