Togrul Muxtarov

Ən kasıb ölkədən tutmuş ən zəngin millətə qədər, istənilən cəmiyyətin irəli getməsi və inkişafı üçün açar- təhsildir. Təhsil şəxsiyyətin inkişafı üçün müthiş alətdir. Məhs təhsil sayəsində bir kəndlinin qızı həkim, şaxtyorun oğlu- şaxta direktoru və bir fəhlənin övladı isə böyük millətin prezidenti ola bilər.

Mənə inanmırsan bir yuxu kimi

Bir şərh yazın

Mənə inanmırsan bir yuxu kimi ,
Qəlbində şübhələr , ehyamlar oyaq .
Yox , mən istəmirəm
bir çoxu kimi
Yaşayaq bu sayaq ,
Ölək bu sayaq …..

Niyə baxışların üşüdür məni ;
Qəlbin ki qəlbimdə qızınmaq istər.
Nə sevgi yenidir ,
Nə nifrət yeni ;
Elə tərəddüd də köhnədir , yetər !…

Bəlkə də adıma çox söz deyirlər ,
İstəsən inanma ,
İstəsən inan ….
Ayıq ol …
Adama çox söz deyərlər
Gör hansı doğrudur ,
Gör hansı yalan .

Yaxın gəl ,
Oduna gir bu ürəyin ,
Sevənlər payıza , qışa bürünməz .
Əsl çiçəklərlə kağız çiçəyin
Uzaqdan baxmaqla fərqi bilinməz …

Hərdən zəng edirsən ,…
Susursan niyə ?
Sənin sükutun da tanışdır mənə .
Bir də zəng edirsən hirslənim deyə ,
Dəstəyi çırpıram əsəblərmə ….

Bir dəstək gülüşlü ,
Biri əsəbi .
Başlayır telefon oynu sonra .
Bilirəm susmağın nədir səbəbi ;
Ox atıb gizlətmə yayını sonra …

Mənə inanmırsan bir yuxu kimi ,
Qəlbində şübhələr , ehyamlar oyaq ,
Yox , mən istəmirəm bir çoxu kimi
Yaşayaq bu sayaq ,
Ölək bu sayaq .

Nüsrət Kəsəmənli

Çox xaiş edərdim copy edəndə müəllif hüquqların qoruyasınız!

 

 

Müəllif: Mukhtarov

11/05/1991 Azerbaijan, Blogger

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma