Togrul Muxtarov

Ən kasıb ölkədən tutmuş ən zəngin millətə qədər, istənilən cəmiyyətin irəli getməsi və inkişafı üçün açar- təhsildir. Təhsil şəxsiyyətin inkişafı üçün müthiş alətdir. Məhs təhsil sayəsində bir kəndlinin qızı həkim, şaxtyorun oğlu- şaxta direktoru və bir fəhlənin övladı isə böyük millətin prezidenti ola bilər.

İnanma əzizim, inan əzizim

Bir şərh yazın

Desələr onu da əyilən gördük ,
Dünən dediyini bu gün danırdı .
Desələr dərsini yaxşıca verdik ,
Gülüb üzümüzə yaltaqlanırdı ,
İnanma əzizim ……
İnanma buna .

Bir sınmış ağacın önündə çöküb ,
Desələr budağı bağlayırdı o .
Bir solmuş çiçəyi min dəfə öpüb ,
Lap uşaqdan betər ağlayırdı o ,
Sən inan əzizim ,
Sən inan buna .

Birinin haqqını aldılar əldən ,
Desələr daş kimi susub baxırdı .
Heykələ dönmüşdü durduğu yerdə ,
Səsini içinə qısıb baxırdı .
İnanma əzizim ,
İnanma buna .

Desələr qırdılar qol qanadını ,
Çiynində təzədən qanadlar bitdi .
Dilənçiyə verib son manatını ,
Desələr evinə piyada getdi ,
Sən inan əzizim ,
Sən inan buna !

Desələr birinin üzünə gülüb ,
Sonra arxasıca danışdı onun .
Desələr ömrünü min yerə bölüb , Başı görüşlərə qarışdı onun ,
İnanma əzizim ,
İnanma buna .

Desələr unutmur o ilk eşqini ,
Üstündə gül kimi bitir məzarın .
Sanki ilk görüşə getdiyi kimi
Hər gün görüşünə gedir məzarın ;
Sən inan əzizim ,
Sən inan buna .

Desələr dəfn etdik dünən biz onu ,
O da hamı kimi yaşadı , öldü .
Bilməzdik bu qədər yaxındı yolu ,
Qayıdıb dünyaya təzədən gəldi ,
Sən inan əzizim ,
Sən inan buna !….

Nüsrət Kəsəmənli

Çox xaiş edərdim copy edəndə müəllif hüquqların qoruyasınız!

 

Müəllif: Mukhtarov

11/05/1991 Azerbaijan, Blogger

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma