Togrul Muxtarov

Ən kasıb ölkədən tutmuş ən zəngin millətə qədər, istənilən cəmiyyətin irəli getməsi və inkişafı üçün açar- təhsildir. Təhsil şəxsiyyətin inkişafı üçün müthiş alətdir. Məhs təhsil sayəsində bir kəndlinin qızı həkim, şaxtyorun oğlu- şaxta direktoru və bir fəhlənin övladı isə böyük millətin prezidenti ola bilər.

Qızların Sevdiyi 10 maraqlı ifadələr

Bir şərh yazın

1. Səni Sevirəm
Hmm..deyəcəksiz ki indi…ee bunu bilirdə hamı. Aha elədi hamı bilir bunu, amma hamı bunu iki sözün dəyərini bilmir. Elə çox adam əl altı kimi işlədir bu sözləri. Və qızlar üçün bu böyük bir məna daşıyır. Ona görə bu sözü ona elə deyinki sizə doğrudanda inansın. Az deyin, amma yaxşı deyin. Özüdə həqiqətən sevmirsizsə onda deməsəz yaxşıdı.

2.Sən Mənimsən!
Bu çox gözəl ifadədi. Çox şey bildirir: o sizindi və həmişə sizin olacaq. Bu gələcəyiniz gözəl və xoşbəxt olmasını göstərir.
Sevgiliniz bunu 99% sevəcək. Sizə deməsədə içində sevincindən oləcək =) Çalışın bunu tez tez deyin, amma sakit tonda və yavaş deyin. Yavaş deyəndə onun təbəssümü, sevinci və sevgisi daha da güclü olacaq


3.Ləqəb..
Ona bir ləqəb qoyun tay adı Lalədirsə Lalosh yoxe..özünüz bir ləqəb fikirləşin və ona yalnız bu ləqəblə müraciət edin. Elə ləqəb fikirləşinki yalnız SİZ ona elə müraciət edəsiz. Bu onun sizin olduğunuzu bildiri. Əgər ləqəb m ilə qurtarırsa bu lap yaxşı olardı.
Məsələn: Biri var deyəsən Lalə, biri var Gözəl, biridə var Gözəlim. Gözəlim daha yaxşıdı və sevginizi 98% gücləndirəcək. Bir-iki məsləhətlər: Gözəl(im), Mələk(yim), Can(ım), Dovşan(ım), Quzu(m), Pişik (yim), Balıq(gım)yox uje dərinə getdim
Bir daha..ehtiyatlı olun: Birdən xoşuna gəlməz sevgilinizin, ona görə əvvəlcədən ondan soruşun sonra ona elə müraciət edin.

4.Baxışın məni dəli eliyir
Sevgiliniz sizə həmişə baxacaq. Və sizdə bu Baxışı da dəyərləndirin. Sizə ola bilər şirin baxışla baxa bilər və ya ciddi baxışla. Fərqi yoxdur necə baxır, xoşunuza gəlirsə onda bildirin. Bilin ki bu söz onu sevindirəcək və ürəyini açacaq.

5. Kompliment
Hər bir qız komplimenti sevir. Bu kofta sənə necə də yaraşır! Mələyə oxşayırsan.
Çalışın qızda yeniliklərə fikir verin. Məsələn, saçını kəsdiribsə: Qısa saç səni necə də gözəl göstərir. Yeniliklərə fikir verməniz ÇOX böyük bir şeydi. O deməkdirki qızla olanda gözünüz ancaq ondadı, orda burda yox!
Amma yenədə, nə edirsizsə, yerində və qədərində. Ağ eləmiyin day, hər bir paltarına, saç düzümünə bir komplimet eləmiyin. Doğrudan da desəz, sevgiliniz elə biləcəkki başından eləmək üçün və ya ondan bir şey istəmək üçün nə gəldi deyirsiz.Bu sözlər isə sevginizi daha da gücləndirə bilər..

7.Gələcək..
Onunla gələcəyi danış. Sevginizin sonsuz olmasını sübut edir və qıza daha çox ümid verirki onu doğrudanda sevirsiz. Gələcəkdə nə barəsində danışmağa siz qərar verin, amma elə edin ki sevgiliniz narahat olmasın bu söhbətdə. Çalışın +16 olmasın =)) Məs onun valideynləri barəsində, toy barəsində danışsaz maraqlı olardı. Bəzən qızın xoşuna gələn ev stili, maşın və digər məsələləri indidən həll edinki sonradan əziyyət olmasın =)

6. Qısqanclıq
Qızlar qısqanc oğlanları sevirlər; əslində çox vaxt sizi qısqandırmaq belə istəyəcəklər. Sizdə qısqanın onu O oğlan kimdi həə??
Bu gün hara getmişdin? Hardan gəlirsən?
Qısqanclıq onun həyatı barəsində düşündüyünü və qızı qorumaq istədiyinizi göstərir.
Diqqət: Qısqanclığı xoşlayırıq biz qizlar, amma yerində və qədərində olmağını sevirik. Ağ eləmiyin. Hər bir hərəkətini sual altına salsaz sevgiliniz sizdən soyuyar özüdə tez! Ehtiyatlı olun..

8.Mən sənə heç vaxt yalan danışmaram
Bu qızın sizə qarşı inamını çoxaldacaq. Bundan əlavə ona yaxşı hissiyat gətirəcəkki bu sözü ona deyə bildiz. Bunu deməklə onu nə qədər sevdiyinizi və onu aldatmamağınızı sübut edir. Amma yenədə, söz hər şeyi həll etmir…Bu cümləni isə sakitcə desəz bir anlıq düşüb gülümsəyəcək!
Amma Diqqət! Bu cümləni yalnız doğru olduğu halda işlədin!

9. Bu gün neynəmisən? Günün necə keçib?
Bu sualı verməklə həmişə sevgilinizin kefini aça bilərsiz. Lap pis olsa belə günü siz maraqlandızsa bu böyük bir şeydi. Soruşun…nəsə pis olubsa onda səbəbini soruşun və ona kömək eləməyə çalışın. Bu sizin ona qarşı sevginizi demədən bildirir.

10. Nə fikirləşirsən
Çox vaxtlar biz qizlar xəyala gedirik. Həyatdan ayrılıb öz dünyamıza gedirik. Arada bir sizdə o dünyanın nə olduğunu soruşsaz yaxşıdı. Onda sevgiliniz onun barəsində maraqlanmanızı görür və xoşuna gəlir. Soruşun ki nə fikirləşirsən bilmək olar? (gülümsəyin deyəndə) onda 90% sizə doğrudanda fikirləşdiyini deyəcək. Sizdə sakitcə qulaq asın, lazım gəlsə bir komment bildirin

Bir saytda tesadufen gordum biraz maraqli geldi =)

Müəllif: Mukhtarov

11/05/1991 Azerbaijan, Blogger

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma